10:34 Cümə, 27 Aprel 2018
SİYASƏT

Türkiyə mediası: Ərdoğanı ilk təbrik edən prezident İlham Əliyev oldu

22:26, 16.04.20177349
Türkiyə mediası: Ərdoğanı ilk təbrik edən prezident İlham Əliyev oldu
Xıəbər verdiyimiz kimi, aprelin 16-da Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.
 
AZXEBER.COM Prezidentin mətbuat xidmətinə istinadən xəbər verir ki, İlham Əliyev Türkiyə Respublikası Konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı referendumun uğurla keçirilməsi və əhalinin çoxluğunun bu dəyişikliklərə səs verməsi münasibətilə Türkiyə Prezidentini və xalqını təbrik edib, referendumun nəticələrini xalqın Prezident Rəcəb Tayyib Ərdoğanın siyasətinə verdiyi böyük dəstək kimi qiymətləndirib. Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirib. Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.
 
AZXEBER.COM-un məlumatına görə, bu xəbər Türkiyə mediasında da geniş yer alıb. Türkiyə mediası bu xəbəri manşetdən yayılıb və qeyd edib ki, "Ərdoğanı dünyada ilk təbrik edən prezident Azərbaycan prezidenti İlham Əliyev olub".
 


0
XƏBƏR LENTİ