13:37 Cümə, 17 Avqust 2018
DÜNYA

Türkiyə mediası Heydər Əliyev Mərkəzindən yazdı

23:11, 17.05.20186662
Türkiyə mediası Heydər Əliyev Mərkəzindən yazdı
Türkiyənin "Milliyyət” qəzeti başlığı "Qadın əli dəymiş Heydər Əliyev Mərkəzi” adlı yazı yayımlayıb. 

AZXEBER.COM xəbər verir ki, dünyanın ən məşhur memarlarından biri olan Zaha Hadidin möhtəşəm layihəsi olan Heydər Əliyev Mərkəzi dünyanın diqqət mərkəzindədir.  Heydər Əliyev Mərkəzi eyni zamanda  xaricdən gələn turistlərin də marağını cəlb edir. Vəziyyət bu cür olduqda isə dünya mətbuatı da bu hadisəyə qeydsiz qala bilmir.

Türkiyənin məşhur "Milliyyet” qəzeti Heydər Əliyev Mərkəzinə yazı həsr edib. Yazıda 2013-cü ildə tamamlanan bina müasir mədəniyyət mərkəzinin necə olmalı olduğuna dair suallara cavab olaraq qəbul edildiyi bildirilir.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzi 2016-cı ildə  dünyasını dəyişən məşhur memar Zaha Hadidin layihəsidir. Mədəniyyət mərkəzi 111.292 kvadratmetrlik ərazidə inşa olunub.

Leyla Rəhimli
XƏBƏR LENTİ