00:44 Cümə Axşamı, 12 Dekabr 2019
İDMAN

Türkiyə millisinin üzvü "Verder"də - RƏSMİ

23:58, 11.08.20197997
Türkiyə millisinin üzvü
Almaniyanın "Verder" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Milli.Az matc.az-a istinadən bildirir ki, Bremen təmsilçisi Bundesliqanın digər nəhəngi "Borussiya"dan (Dortmund) Ömər Toprakı transfer edib. 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı türkiyəli müdafiəçi ilə satın alma şərti ilə 1 illik icarəyə götürülüb. O, yeni komandasında 21 nömrəli formanı geyinəcək.
 
Ömər Toprak iki mövsüm idi "Borussiya"nın uğurları üçün çalışırdı. Türkiyə millisinin üzvü bu müddət ərzində Dortmund təmsilçisinin heyətində 14 rəsmi oyuna çıxıb. O, daha öncə Almaniyada "Bayer" və "Frayburq"da da forma geyinib. "Verder"də Türkiyə millisinin daha bir üzvü - Nuri Şahin də çıxış edir.
 

XƏBƏR LENTİ