05:51 şənbə, 14 Dekabr 2019
SİYASƏT

Türkiyə prezidentinin Azərbaycana səfərinin vaxtı dəqiqləşdi

13:08, 09.08.20193050
Türkiyə prezidentinin Azərbaycana səfərinin vaxtı dəqiqləşdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 3-də Azərbaycana səfər edəcək.

AZXEBER.COM xəbər verir ki, bu barədə özəl olaraq "trend"ə Türkiyə hökumətindəki mənbə bildirib.

Mənbənin sözlərinə görə, türkiyəli lider Türk Şurasının Bakıda keçiriləcək VII iclasında iştirak etmək üçün, eləcə də qurumun 10 illiyinə həsr olunmuş tədbirə qatılmaq üçün Azərbaycana səfər edəcək.

Qeyd edək ki, Türk Şurası 2009-cu il oktyabrın 3-də Naxçıvanda yaradılıb. Şuranın məqsədi üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir.

Türk Şurasına Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan daxildir.
XƏBƏR LENTİ