15:23 Bazar Ertəsi, 18 Iyun 2018
SİYASƏT

Türkiyə səfiri Əli Əhmədovla görüşdü — FOTO

10:12, 20.10.2017343
Türkiyə səfiri Əli Əhmədovla görüşdü — FOTO
Bakıda səfərdə olan Türkiyənin Azərbaycandakı keçmiş səfiri, hazırda qardaş ölkənin Moldovadakı səfiri olan Hulisi Kılıç Azərbaycanın Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədovla görüşüb.
 
AZXEBER.COM Olke.az-a istinadən məlumatına görə, görüşdə Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov da iştirak edib.
 
Görüş zamanı Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin inkişafı və bu istiqamətdə atılan addımlarla bağlı fikirlər söylənilib.
 
Əli Əhmədov Hulisi Kılıçı Azərbaycan Yazıçılar Birliyi tərəfindən "Birinci Türk Dünyası Mükafatı”na layiq görülməsi münasibətilə də təbrik edib.
XƏBƏR LENTİ