13:25 Bazar Ertəsi, 23 Aprel 2018
DÜNYA

Türkiyə Suriya münaqişəsinin hərbi yolla həllinin əleyhinədir

16:54, 11.04.20182499
Türkiyə Suriya münaqişəsinin hərbi yolla həllinin əleyhinədir

Türkiyə Suriya münaqişəsinin hərbi yolla həllinin əleyhinədir.

"Report” "Haberturk”ə istinadən xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini, hökumət sözçüsü Bəkir Bozdağ bildirib.

"Problemlər hərbi yolla həll edilməməlidir”, - deyə o vurğulayıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bu gün "Twitter” səhifəsində yazıb: "Rusiya Suriyaya atacağımız raketləri vuracağını vəd edib. Rusiya, hazır ol, raketlər gəlir”.

O, Rusiyaya müraciət edərək insanları kimyəvi silahla öldürüb bundan həzz alan Bəşşar Əsəd rejimi ilə əməkdaşlıq etməməyə çağırıb.

Xatırladaq ki, aprelin 8-də müxalifət qüvvələrinin nəzarəti altında olan Şərqi Guta bölgəsindəki Duma rayonunda kimyəvi silahdan istifadə edilib. Kimyəvi hücum nəticəsində 75 nəfər ölüb, 1000-dən çox adam zəhərlənib. Zərərçəkənlərin çoxunun körpə və azyaşlı uşaqlar olduğu bildirilib.

ABŞ başda olmaqla Qərb dövlətləri bu cinayəti Bəşşar Əsəd rejiminin törətdiyini bəyan ediblər. Donald Tramp bu hava zərbəsinin cavabsız qalmayacağını bildirib.

0
XƏBƏR LENTİ