23:56 Bazar Ertəsi, 18 Noyabr 2019
DÜNYA

Türkiyə Suriyadakı hərbi əməliyyatları dayandırdı

13:00, 23.10.20195487
Türkiyə Suriyadakı hərbi əməliyyatları dayandırdı
Türkiyə Suriyadakı hərbi əməliyyatları dayandırıb.

Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

XİN rəhbəri bildirib ki, bu əməliyyatın bitməsi demək deyil və ordu lazım olduğu təqdirdə terrorçulara zərbə endirəcək:

"Dünən ABŞ-dan terrorçuların əməliyyat bölgəsini tamamilə tərk etdikləri ilə bağlı xəbər aldıq. Ancaq bu, orada terrorçuların olmadığı və ya olmayacağı mənasını vermir”.

Qeyd edək ki, dünən Soçidə prezidentlər Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında altı saatlıq danışıqlar olub, ardınca isə anlaşma memorandumu qəbul edilib.
 
///Oxu.az

XƏBƏR LENTİ