14:13 şənbə, 20 Oktyabr 2018
DÜNYA

Türkiyədə 64 hərbçi ömürlük azadlıqdan məhrum edildi

19:18, 07.02.2018697
Türkiyədə 64 hərbçi ömürlük azadlıqdan məhrum edildi

Türkiyə məhkəməsi 2016-cı ilin iyul ayında dövlət çevrilişinə cəhddə iştirak etdiyinə görə piyada qoşunlarına aid hərbi məktəbin 64 müəllimi və kursantını ömürlük azadlıqdan məhrum edib.

Bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.

Məlumata görə, Ankara məhkəməsi həmin iş üzrə 100 nəfərə bəraət verib.

İttihama görə, səkkiz müəllim və 156 kursant helikopterlərlə Türkiyə Ordu Baş Qərargahının Ankarada yerləşən binasına gələrək, dövlət çevrilişinə cəhddə iştirak edib.

oxu.az

XƏBƏR LENTİ