06:19 Bazar Ertəsi, 20 May 2019
DÜNYA

Türkiyədə azərbaycanlı qadının “fahişəlik şəbəkəsi” çökdürüldü

21:49, 01.03.20194939
Türkiyədə azərbaycanlı qadının “fahişəlik şəbəkəsi” çökdürüldü
Türkiyənin Kocaeli şəhərinin İzmit qəsəbəsində qadınları fahişəliyə məcbur edən şəbəkəyə qarşı əməliyyat keçirilib.

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, əməliyyat nəticəsində şəbəkənin 9 üzvü saxlanılıb.

Araşdırmalar nəticəsində məlum olub ki, şəbəkənin başçısı azərbaycanlı qadın S.M-dir. Onun şəbəkəsinin əcnəbi qadınları iş vədi ilə Türkiyəyə apardıqları və daha sonra insan alverinin qurbanlarına çevirdikləri üzə çıxıb.

Məlumata görə, şəbəkə üzvləri öz aralarında gizli söhbət proqramı vasitəsilə əlaqə saxlayıblar və bir-birilərinə "dayı, bacı və fədai” deyə müraciət ediblər. Bundan başqa, müştərilər gəldiyində isə "Yeni avtomobillər gəldi” deyə məlumat ötürüblər.

Qeyd edək ki, fahişəliyə məcbur edilən 10 qadın Türkiyədən deportasiya edilərək ölkələrinə göndəriliblər.
XƏBƏR LENTİ