04:08 çərşənbə Axşamı, 23 Aprel 2019
HADİSƏ

Türkiyədə azərbaycanlıların qan düşmənçiliyində təcavüz iddiası - TƏFƏRRÜAT

23:29, 31.01.20197277
Türkiyədə azərbaycanlıların qan düşmənçiliyində təcavüz iddiası - TƏFƏRRÜAT
İstanbulda üç il ərzində iki azərbaycanlı ailədən beş nəfərin ölümünə səbəb olan cinayətin təfərrüatı məlum olub. 

Polis cinayətin səbəbinin intiqam olduğunu bildirib. 

Təcavüz iddiası

İlk cinayət hadisəsi 2015-ci il dekabrın 19-da baş verib. Bu zaman azərbaycanlı Ramil Məmmədov öldürülüb. Yapon G. və oğlu Natiq G.-nin bu cinayəti törətmələrində səbəb öldürülən şəxsin onların yaxınlarından birinə təcavüz etməsi olub. 

Qardaş intiqamı

Hadisədən iki il sonra - 2017-ci il yanvarın 15-də azərbaycan əsilli Misirxan Əliyev qətlə yetirilib. Hücum Ramil Məmmədovun qardaşı Sahib Məmmədov tərəfindən törədilib. Onun əsl məqsədi qardaşının intiqamını almaq olub. 

Qarşılıqlı cinayətlər 

Bundan sonra Sahib Məmmədov Misirxan Əliyevin qardaşı Gəncəli Əliyevi 2018-ci il avqustun 8-də qətlə yetirib. Qarşı tərəf buna cavab olaraq, hadisədən 14 gün sonra - avqustun 22-də S.Məmmədovun qohumu Ramil Məmmədovu güllələyib. Hadisədə şübhəli bilinən Asif Əliyev qısa zamanda tutularaq, polisə təhvil verilib. 

Son cinayət

Cinayətlərin sonuncusu isə 2017-ci il oktyabrın 7-də olub. Ruhil Ağayev silahlı hücum nəticəsində qətlə yetirilib. Onun Qasım və Mübariz Məmmədovlar tərəfindən öldürüldüyü təsdiqlənib. S.Məmmədovun yaxın adamları olan bu şəxslər barəsində axtarış elan edilib.

S.Məmmədov bu gün polislər tərəfindən saxlanılıb. Faktla bağlı araşdırmalar davam edir.
 
///Oxu.Az
XƏBƏR LENTİ