19:10 Cümə Axşamı, 14 Dekabr 2017
SİYASƏT

Türkiyədə NATO-dan çıxmaq məsələsi müzakirə olunur

18:20, 20.11.2017447
Türkiyədə NATO-dan çıxmaq məsələsi müzakirə olunur
"Türkiyənin NATO-ya üzvlüyünü müzakirə etmək zamanı gəlib çatıb”.

"CNN Turk” xəbər verir, bu barədə Türkiyə prezidentinin köməkçisi Topçu Yalçın bildirib.

"Türkiyə parlamenti ən qısa zaman ərzində Ankaranın bu təşkilatda üzvlük məsələsini müzakirə edəcək”, - deyə prezident köməkçisi qeyd edib.

Topçunun sözlərinə görə, Türkiyənin müdafiə sahəsində digər ölkələrdən asılı olmasının səbəbi NATO-dur.

"Təəssüf ki, NATO Türkiyəyə qarşı düşməncəsinə köklənib”, - deyə Topçu qeyd edib.

Xatırladaq ki, noyabrın 17-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə hərbi xidmətçilərini Norveçdə keçirilən NATO təlimlərindən geri çağırmaq qərarına gəldiyini bəyan edib.

Ərdoğanın sözlərinə görə, buna səbəb Norveçdə keçirilən təlimlərdə şərti düşmən qismində sabiq Türkiyə prezidenti Mustafa Kamal Atatürkün şəklinin seçilməsi olub.
0
XƏBƏR LENTİ