22:56 çərşənbə, 16 Yanvar 2019
DÜNYA

Türkiyədə səsvermə vaxtı toy etmək qadağan olundu

19:43, 09.01.20194438
Türkiyədə səsvermə vaxtı toy etmək qadağan olundu
Türkiyədə martın 31-i - bələdiyyə seçkiləri günü yerli vaxtla saat 18:00-dək toy mərasimlərinin keçirilməsi qadağan edilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Trend Türkiyənin Ali Seçki Komissiyasına istinadən məlumat verir.

Həmçinin səsvermə günü saat 21:00-a qədər spirtli içkilərin satışı dayandırılacaq.

Bundan başqa, televiziya və radiolarda seçki günü nəticələr haqqında hər hansı proqnozlar səsləndirməyə icazə verilmir.

Qeyd edək ki, bələdiyyə seçkiləri günü siyasi partiyalara da bir sıra qadağalar tətbiq olunacaq.

Xatırladaq ki, Türkiyədə bələdiyyə seçkiləri 5 ildən bir keçirilir.
XƏBƏR LENTİ