02:01 Bazar Ertəsi, 22 Yanvar 2018
SOSİAL

Türkiyəli rektor Zəhra haqda: "Bizim ölkədə hər kəs bu hadisədən danışır" - VİDEO

14:23, 07.07.20172650
Türkiyəli rektor Zəhra haqda:
Türkiyənin ən nüfuzlu universitetlərindən olan Bahçeşehir Universitesinin rektörü Dr. Şenay Yalçın 2 yaşlı Zəhranın öldürülməsindən danışıb.
AZXEBER.COM-a özəl açıqlama verən rektor deyib ki, Zəhranın öldürülməsi Ermənistanın əsl simasını hər kəsə göstərib: "İlk olaraq bu üzücü hadisəyə görə bütün Azərbaycan xalqına başsağlığı verirəm. Bu hadisə bir daha Ermənistanın işğalçı siyasətini bütün dünyaya göstərdi. Ermənilər 2 yaşlı uşağı öldürməklə göstərdilər ki, onlar üçün heç bir dəyər yoxdur. B 

Rektor qeyd edib ki, istər müharibə, istərsə də atəşkəs rejimində sivil insanların öldürülməsi qəbuledilməzdir: "
Bu insanlığa sığmayan hadisədir. Bunu bütün dünya görməli, bilməli və səssiz qalmaq olmaz. Biz birlikdə bu hadisəni qınamalı və insan haqlarını qoruyan qurumlardan niyə bu hadisəni cəzasız qaldığın soruşmalıyıq. Sivil əhalinin hədəf alınması qəbuledilməzdi. Bu olay bir daha onu göstərdi ki, Türk dünyası daha güclü və bir olmalıdır.

Rektor özü də Türkiyənin Ərzurum şəhərindən olduğunu və uşaqlığından bəri erməni vəhşiliyi haqda söhbətlər eşitdiyi deyib: "Ancaq görünən odur ki, ermənilər öz niyyətlərindən əl keçmək fikrində deyillər və öz mənfur niyyətlərin bu gün də davam etdirirlər.
Bahçeşehir Universitesinin rektörü Dr. Şenay Yalçının AZXEBER.COM-a özəl müsahibəsini təqdim edirik: 
0
XƏBƏR LENTİ