23:56 Cümə, 20 Aprel 2018
Maqazin

Türkiyənin 3 məşhur ulduzu Bakıya gəlir

20:45, 10.11.2017937
Türkiyənin 3 məşhur ulduzu Bakıya gəlir
Türkiyənin üç məşhur ulduzu : Özge Özder, Begüm Birgören və Tamer Karadağlı Bakıya gələcək.
 
AZXEBER.COM Qafqazinfo-ya istinadən xəbər verir ki, iki tanınmış aktrisa bu ayın 16-sı Azərbaycanda qonaq olacaqlar.
 
4 gün paytaxtımızda olan O. Özder və B. Birgören ATV kanalında yayımlanan "Məlahətli söhbətlər” verilişində iştirak edəcəklər.
 
"Çoçuklar Duymasın” serialındakı Haluk obrazı ilə Azərbaycanda məşhurlaşan Tamer Karadağlı isə ölkəmizə noyabrın 30-u təşrif buyuracaq.
 
Qeyd edək ki, proqramı əməkdar artist Məlahət Abbasova aparır. Verilişdə iki ölkənin ən populyar simaları iştirak edir.
 
"Məlahətli söhbətlər” hər bazar ertəsi saat 22:15-də ATV-də yayımlanır.
 
0
XƏBƏR LENTİ