00:50 şənbə, 21 Sentyabr 2019
SAĞLAMLIQ

Türkiyəyə gələn azərbaycanlı xəstə gördüyü mənzərə qarşısında şoka düşdü - VİDEO

21:45, 16.04.20195802
Türkiyəyə gələn azərbaycanlı xəstə gördüyü mənzərə qarşısında şoka düşdü - VİDEO

Türkiyənin sağlıq sektorunda uzun illərdir fəaliyyət göstərən "Healthis Asistance” şirkəti 5 mininci xəstəni qəbul edib.

 

Şirkətin rəhbəri Sənan Quliyevin sözlətinə görə, bu ilin mart ayında Natiq Hüseynov adlı pasient Türkiyədə müalicəyə dəvət edilib: "Pasiyentimiz İstanbula gələr-gəlməz biz komandamızla birlikdə ona böyük bir hədiyyə hazırladıq. Öncə pasienti mərkəzi ofisimizdə qəbul etdik. İlkin görüşmədən sonra ona 5000-ci şəxs olaraq bizə müraciət etdiyini bildirdik. Daha sonra onu İstanbulda helikopter turuna çıxardıq”

 

Şirkət rəhbərinin sözlərinə görə, 3 günlük müayinənin ardından Azərbaycana yola salınan Natiq Hüseynova ömürlük check-up, eyni zamanda ödənişsiz müayinə və müalicə hədiyyə olunub.

 

Qeyd edək ki, "Healthis Asistance” Türkiyəyə xaricdən gələn xəstələrə ən yüksək keyfiyyətdə xidmət göstərir. Pasientlərin müalicələrini ən doğru həkimlərdə almalarını təmin edir və bütün bunları ən uyğun qiymət çərçivəsində həyata keçirir. Şirkət JCI akreditasiyalı xəstəxanalarla əməkdaşlıq edərək, pasientlərini ən güclü həkimlərdə müalicə və ya əməliyyat etdirir. Eyni zamanda şirkət bir çox hökümət qurumları və fondlarla əməkdaşlıq etməkdədir.

 

Bundan başqa "Healthis Asistance” bundan öncə maddi imkanlara görə müalicəsi həyata keçirilə bilməyən şəxslərə dəstək də olub. Sonuncu dəfə ailə münaqişəsi zamanı üzü yanan azyaşlı qızın müalicəsini də məhz "Healthis Asistance” şirkəti təşkil etmişdi.

 

XƏBƏR LENTİ