00:26 Bazar Ertəsi, 23 Sentyabr 2019
TOP4

Türkiyəyə qarşı hörmətsizlik: Tualet fırçası ilə qarşılandılar - VİDEO

12:40, 10.06.20193595
Türkiyəyə qarşı hörmətsizlik: Tualet fırçası ilə qarşılandılar - VİDEO

Avro-2020-nin təsnifat mərhələsi çərçivəsində İslandiyaya yola düşən Türkiyə yığma komandasına qarşı hörmətsizlik edilib. 

AZXEBER.COM xəbər verir ki, Türkiyə yığmasının üzvü Emre Belözoğlu jurnalistlərə açıqlama verərkən kənarda bir şəxs yaxınlaşaraq futbolçuya mikrofon əvəzinə tualet fırçası uzadıb. Bundan əlavədə yığma komandanın digər üzvləri hava limanında səbəbsiz yerə 3 saata yaxın gözləyiblər. 

Bütün bunlara görə rəsmi Ankara sərt reaksiya verib. Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın baş verənlərin hörmətsizlik əlaməti olduğunu bildirib: "Rəsmi şəkildə nə lazımdısa, ediləcək. Dövlətimiz və millətimiz komandamızın yanındadır. Komandamız layiqli cavabı meydançada verəcək”.

XƏBƏR LENTİ