22:56 Bazar Ertəsi, 24 Sentyabr 2018
SİYASƏT

Türkmənistan prezidenti İlham Əliyevi təbrik etdi

12:02, 13.04.20183545
Türkmənistan prezidenti İlham Əliyevi təbrik etdi
Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edib.

AZXEBER.COM xəbər verir ki, təbrikdə Q.Berdıməhəmmədov İlham Əliyevin qələbəsi Azərbaycan xalqının onun yürütdüyü, dövlətçiliyin və ölkənin sosial-iqtisadi inkişafının möhkəmləndirilməsinə yönəlmiş siyasətə verdiyi yüksək dəstəyin göstəricisi olduğunu bildirib.

"Türkmənistan və Azərbaycan çoxəsrlik dostluq və mehriban qonşuluq əlaqələri ilə bağlıdır. Əminəm ki, ölkələrimiz arasında yüksək səviyyəli əməkdaşlıq və qarşılıqlı anlayış iki qardaş xalqın rifahı naminə Türkmənistan-Azərbaycan əlaqələrinin gələcəkdə də inkişaf etməsi və güclənməsi üçün möhkəm əsas olacaq", - Türkmənistan prezidenti vurğulayıb.
XƏBƏR LENTİ