08:22 Bazar Günü, 17 Dekabr 2017
DÜNYA

"Tutulmasaydım, arvadımı da öldürəcəkdim" - Oğlanı öldürüb, sevgilisini qaçıran şəxs

15:43, 01.08.20172516
Ankarada avtomobildə Yasin B. adlı oğlanı tüfənglə öldürüb, sevgilisi Züleyxa B.- ni qaçıran Mustafa A. polisə ifadəsi zamanı hər kəsi dəhşətə gətirib
 
Sevgilisi gözü önündə öldürülən qız: ""Səninlə bir az işim var" dedi" - VİDEO

"Həyat yoldaşımı öldürməyə qərar vermişdim. Hadisə günü yeni aldığım ov tüfəngini sınaqdan keçirmək üçün bir neçə pivə alıb İmrahor Vadisinə getdim. Avtomobildən enən oğlan mənə "Get buradan, nə baxırsan" dedi. Mən də qorxutmaq üçün atəş açdım. Avtomobildə olan və tanımadığım qadın mənə "Məni Çankayada evimə ötür" dedi. Qadın yolda avtomobildən özünü atdı. Daha sonra qaynımın evinin önünə gedərək yoldaşımın çölə çıxmasını gözlədim. Onu öldürüb, sonra da intihar edəcəkdim. Həyat yoldaşım çölə çıxmayınca, böyük qardaşımın yanına getdim. Polislər tutmasaydılar, yoldaşımı da öldürəcəkdim".

Mustafa A.həbs olunub.
 
///Milli.Az
0
XƏBƏR LENTİ