xari

UEFA Azərbaycana qoyduğu qadağanı ləğv etdi

İDMAN
22:18 03.12.2020
758
Azərbaycan artıq UEFA-nın bayrağı altında təşkil olunan oyunlara ev sahibliyi edə biləcək.

AZXEBER.COM xəbər verir ki, UEFA-nın İcraiyyə Komitəsi Vətən Müharibəsi zamanı beynəlxalq matçların ölkəmizdə keçirilməsinə qoyulan qadağanı ləğv edib.

Bu addım noyabrın 9-da Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşması bağlandıqdan sonra ümumi şərtlər nəzərə alınaraq atılıb.

Qeyd edək ki, bu qadağa səbəbindən Azərbaycan millisi UEFA Millətlər Liqası, "Qarabağ” isə Avropa Liqası çərçivəsindəki ev oyunlarını başqa ölkələrdə keçirməli olub. Ağdam klubunun bu gün İsrailin "Makkabi” (Təl-Əviv) komandası ilə dueli də Türkiyədəki "Başakşəhər Fatih Terim” stadionunda baş tutacaq.

Qərar Azərbaycanla yanaşı, Ermənistana da şamil edilib.

OXŞAR XƏBƏRLƏR