UEFA “Qarabağ”dan yazdı

08 Noyabr 2017, 09:38
AAA
UEFA-nın rəsmi saytı Çempionlar Liqasının qrup mərhələsinin IV turu ərəfəsində "Qarabağ” – "Çelsi” oyunu haqqında yazı hazırlayıb.
 
AZXEBER.COM Apasport.az-a  istinadən xəbər verir ki, yazıda iki komandanın buraqədərki çıxışları və matçın pərdəarxası məqamlarından bəhs olunub.
 
Sözügedən məqaləni təqdim edirik:
 
"Qarabağ” Bakıda qələbə qazanaraq 1/8 finala çıxmağı hədəfləyən "Çelsi” qarşısında da asan təslim olmayacaq. Artıq qitənin ən nüfuzlu klub turnirində xallar qazanmış Azərbaycan təmsilçisi doğma meydanda sonuncu oyununda da uğur əldə etmək istəyəcək.
 
- Qrupdakı ilk matçında "Stemford Bric”də "Çelsi” ilə qarşılaşan və qapısında 6 cavabsız qol görən "Qarabağ” "Atletiko” ilə ev səfər oyunlarında əldə etdiyi heç-heçələrlə 2 xal qazanıb. Kədərli başlanğıca baxmayaraq, komanda hətta Avropa Liqasına vəsiqə uğrunda mübarizə apara bilər.
 
- "Qarabağ” 2 xalla qrupda 4-cü yerdə qərarlaşsa da, "Atletiko”dan cəmi bir xal dala qalır. 3-cü yer uğrunda mübarizə aparmaq üçün komandaya mütləq qələbə lazımdı. Əgər ağdamlılar məğlub olub, "Atletiko” da qələbə qazansa, onların 4-cü yerdə qalacaqları rəsmiləşəcək.
 
- "Çelsi”nin isə 7 xalı var və son turda məğlub olduğu "Roma”dan bir xal geridədi. İngiltərə çempionuna növbəti mərhələyə çıxmaq üçün qələbə lazımdı. Əgər digər oyunda "Atletiko” uduzsa, londonluları bərabərlik də qane edəcək.
 
Matçın pərdəarxası
 
"Qarabağ”
 
- Bu, "Qarabağ”ın Premyer Liqa təmsilçilərinə qarşı ikinci ev matçıdır. Ümumilikdə isə "atlılar” İngiltərə təmsilçiləri ilə 4-cü dəfə üz-üzə gələcəklər. Onlar 2016-cı il noyabrın 26-da evdə "Tottenhem”ə 0:1 hesabı ilə uduzmuş, eyni zamanda səfərdə də 1:3 hesablı məğlubiyyətə üzülmüşdü.
 
- Qrup mərhələsinin ilk ev oyununda "Roma”ya uduzan (1:2) "Qarabağ”, üçüncü turda "Atletiko” ilə bərabərliyə razılaşaraq ilk xalını qazanmışdı. - Azərbaycan təmsilçisi ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində çıxış edir. Onlar II turda Gürcüstan "Samtredia”sını (5:0, 1:0), III turda Moldova "Şerif”ini (0:0, 2:1) və pley-offda isə Danimarka "Kopenhagen”ini (1:0, 1:2) yolundan kənarlaşdırıb.
 
- "Qarabağ” 4-cü dəfə Çempionlar Liqasında oynayır. Bundan əvvəlki 3 cəhdində komanda III təsnifat mərhələsində mübarizəni dayandırmışdı. Ötən mövsüm azərbaycanlılar səfər qolunun hesabına Çexiya "Viktoriya”sına uduzmuşdu.
 
- 2016/17 mövsümündə Çempionlar Liqasında mübarizəni dayandırdıqdan sonra "Qarabağ” ardıcıl 3-cü dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Ancaq hələ heç vaxt bu turnirdə son 32 komanda arasına düşə bilməyib.
 
- "Qarabağ” Azərbaycanda ümumilikdə 5-ci, ardıcıl 4-cü dəfə çempion olmaqla Çempionlar Liqasında oynamağa haqq qazanıb.
 
"Çelsi”
 
- Qrup mərhələsinin ilk oyunu "Çelsi”nin hansısa Azərbaycan komandası ilə birinci görüşü idi. - Bundan sonra Miki Batşuayın son dəqiqə qolu ilə "Atletiko” üzərində qələbə qazanan (2:1) londonlular ardınca "Roma”ya 0:3 hesabı ilə məğlub olaraq liderliyi də onlara təhvil verdilər.
 
- "Atletiko” üzərində qələbə ilə "Çelsi” son 10 səfər matçında 4-cü qələbəsini qazandı – 3 bərabərlik və 3 məğlubiyyət.
 
- Altıqat İngiltərə çempionu 1995/96 mövsümündən bu yana heç vaxt Avropa səviyyəli yarışlardan kənarda qalmayıb. 2003-2015-ci illərdə isə komanda ÇL qrup mərhələsinin daimi iştirakçısı olub.
 
- 2012-ci ildə Çempionlar Liqasının qalibi olan "Çelsi” yarışdakı sonuncu mövsümündə - 2015/16-da 1/8 finalda PSJ-yə məğlub olaraq mübarizəni dayandırmışdı.
 
- Londonlular ÇL-dəki ardıcıl son 3 mövsümündə qrupu mərhələsini qalib kimi başa vurub. Ümumilikdə isə komanda 11 dəfə qrup lideri olub. Yalnız bir dəfə - 2015/16 mövsümündə bu baryeri aşmaq mümkün olmayıb ki, onda da mübarizəni Avropa Liqasında davam etdirən "zadəganlar” həmin yarışın qalibi olub.
 
Məşqçilər və oyunçular arasındakı əlaqələr
 
- "Qarabağ”ın qapıçısı Anton Kanibolotski ilə "Çelsi”nin braziliyalısı Villian 2012/13 mövsümündə "Şaxtyor”da komanda yoldaşı olublar.
 
- Miçel "Birmingem”in heyətində "Çelsi”yə qarşı oynayıb. 2010-cu ilin yanvar ayının 27-də baş tutan və "Çelsi”inin 3:0 hesablı qələbəsi ilə başa çatan oyunda ispaniyalı 72-ci dəqiqədə meydana çıxıb.
 
- "Çelsi”nin baş məşqçisi Antonio Konte İtaliya millisinə rəhbərlik etdiyi vaxtda AÇ-2016-nın seçmə mərhələsində iki dəfə Azərbaycan yığması ilə qarşılaşıb və hər iki oyunda qələbəyə sevinib (2:1, 3:1).
 
- Palermodakı ilk oyunda hazırda "Qarabağ”da çıxış edən Qara Qarayev, Bədavi Hüseynov, Rəşad Sadıqov və Rahid Əmirquliyev ilk dəqiqələrdən Azərbaycan millisinin heyətində meydana çıxıb. Elvin Yunuszadə və Ağabala Ramazanov isə ehtiyatda qalıb. Bakıdakı cavab oyununda isə Bədavi meydandan qovuub, həmçinin Qara Qarayev, Rəşad Sadıqov, Rahid Əmirquliyev, Maksim Medvedev, Arif Daşdəmirov və Əfran İsmayılov ilk dəqiqələrdən oynayıblar

Oxunma sayı : 362

SON XƏBƏRLƏR
Könülün qızının xınası oldu -Foto- Video - 20 Noyabr 2017, 23:50
“Çelsi” futbolçuları Bakıya yola düşüblər – FOTO - 20 Noyabr 2017, 22:57
Elmira Axundovanın oğlu ittihamlara cavab verdi - 20 Noyabr 2017, 22:16
Dönər aparatının üzərində ət yerinə siçanlar — Bakıda ŞOK VİDEO - 20 Noyabr 2017, 22:09
Abbas Bağırovun toyundan - Fotolar - 20 Noyabr 2017, 21:45
Rejissor və aktrisa haqqında ölüm fərmanı - Öldürənə mükafat veriləcək - 20 Noyabr 2017, 21:12
Sabah Bakının bir hissəsində təbii qaz olmayacaq – XƏBƏRDARLIQ - 20 Noyabr 2017, 20:50
UEFA Azərbaycanın 6 komandasına maliyyə yardımı edib - 20 Noyabr 2017, 20:29
Rusiyada dublaj qadağan edilir - 20 Noyabr 2017, 20:09
Türkiyədə NATO-dan çıxmaq məsələsi müzakirə olunur - 20 Noyabr 2017, 18:20
Tanınmış vəkilin fəaliyyəti dayandırılıb - 20 Noyabr 2017, 18:00
Masallı sakinlərinin 20 illik yol problemi – VİDEO - 20 Noyabr 2017, 17:29
Yol polisi sürücünü döyülməklə təhdid etdi - VİDEO - 20 Noyabr 2017, 17:20
Əli Həsənovun nəvəsinin məhkəməsi başlayır - 20 Noyabr 2017, 17:18
Abbas Bağırovun toyudur - 20 Noyabr 2017, 17:13
“Oğlum toy gecəsi ağlayaraq evə gəlib...” - Qatilin anası - 20 Noyabr 2017, 17:04
Azərbaycanda əsgərin ölümündə təqsirləndirilən gizir azadlığa buraxıldı - 20 Noyabr 2017, 16:43
Ağdamda 15 yaşlı Qığılcımın intiharı: “Sınaq imtahanında az bal yığıbmış...” - 20 Noyabr 2017, 16:33
Astarada dağ uçdu, qaya parçaları yolu bağladı - 20 Noyabr 2017, 16:28
"Mən bunun müalicəsi üçün haralara kimi getməmişəm" - 20 Noyabr 2017, 16:15
Azərbaycanlı müğənni türkiyəli ərindən boşandı? - 20 Noyabr 2017, 16:09
Nazirliqdən xəbərdarlıq: Azərbaycanda toz dumanı olacaq - 20 Noyabr 2017, 15:57
Bakıda 6 aylıq körpə ölü tapıldı - 20 Noyabr 2017, 15:54
"Azərbaycan Qərbin etibarlı tərəfdaşı hesab olunur" - Əli Həsənov - 20 Noyabr 2017, 15:40
Doğuşdan sonra komaya düşən qadının vəziyyəti ağırdır - RƏSMİ - 20 Noyabr 2017, 15:16
“Rasim Balayev 1300 manat təqaüd alır...” - İttifaqdan açıqlama - 20 Noyabr 2017, 15:11
Müğənnilərin toy qiymətləri - Abbas 16 min, Elton 15 min - 20 Noyabr 2017, 14:56
"Qarabağ" - "Çelsi" matçı kimə həvalə olundu? - 20 Noyabr 2017, 14:50
Barama Lissabon veb-sammitində - 20 Noyabr 2017, 14:46
Akif Çovdarov apellyasiya şikayəti verib - 20 Noyabr 2017, 14:27
Azərbaycanlı hərbçi qız partlayış zamanı həlak oldu - FOTOLAR - 20 Noyabr 2017, 14:12
İdmançı qızı öldürən sürücüyə hökm oxundu - 20 Noyabr 2017, 14:09
"Dağlıq Qarabağla bağlı bütün ideyalar danışıqlar masasındadır" - Nazir - 20 Noyabr 2017, 13:59
Yeni yaradılan dövlət qurumunda maaşlar nə qədər olacaq? - 20 Noyabr 2017, 13:51
"Ərəb Baharı"ndan sonra indi də "Afrika Baharı" - Qara qitədəki diktatorlar devrilir - 20 Noyabr 2017, 13:44
“Adım Nurlandır, dostlarım “Pərvanə” deyir” - Transların cinayəti - 20 Noyabr 2017, 13:28
Temperatur 5-7 dərəcə düşəcək, qar yağacaq - Xəbərdarlıq - 20 Noyabr 2017, 13:23
"Qarabağ" - "Çelsi" oyunu üçün 400 avtobus ayrıldı - 20 Noyabr 2017, 13:09
Bakıda zavodda partlayış: ölən və yaralanan var - 20 Noyabr 2017, 13:06
“Heç nə kömək etmir…” - Fuad Poladov ağır durumda - 20 Noyabr 2017, 12:51
Qazaxda faciəvi şəkildə həlak olan 5 bacının tək qardaşı - FOTO - 20 Noyabr 2017, 12:48
Deputat oğlunun şəriki həbs olundu - 20 Noyabr 2017, 12:31
Lotu Quliyə qarşı sui-qəsdin TƏFƏRRÜATI - 20 Noyabr 2017, 12:12
"Erməni təxribatının qurbanı olmuş övladlarımızın qanı yerdə qalmayacaq" - İlham Əliyev - 20 Noyabr 2017, 11:56
“Gərək qocalaydın ki, ürəyin "yumşalaydı"!?” - Flora Kərimovadan ağır sözlər - 20 Noyabr 2017, 11:38
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10