00:10 şənbə, 18 Yanvar 2020
DÜNYA

Ukrayna qəza ilə bağlı əsas versiyaları açıqladı: Zenit raketlə vurulma...

15:21, 09.01.20205082
Ukrayna qəza ilə bağlı əsas versiyaları açıqladı: Zenit raketlə vurulma...
Hazırda İranın səlahiyyətli orqanları və Milli Təhlükəsizlik və Müdafiə Şurası nümayəndələri "Boeing”in qəzaya uğramasının müxtəlif versiyalarını araşdırır.

"RİA Novosti” xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov danışıb.

"Əsas versiyalar arasında təyyarənin zenit raketlə, o cümlədən, "Tor” zenit raket kompleksi ilə vurulması (çünki internet şəbəkəsində faciənin baş verdiyi ərazinin yaxınlığında rus raketinin qalıqlarının tapılması ilə bağlı informasiya yayılıb), PUA və ya digər uçan obyektlə toqquşması, texniki səbəblərdən mühərrikin dağılması və ya partlaması, terror aktı nəticəsində təyyarənin daxilində partlayış baş verməsini göstərmək olar”, - Danilov bildirib.
 
\oxu.az
XƏBƏR LENTİ