12:29 Cümə, 15 Dekabr 2017
KRİMİNAL

Ukraynada azərbaycanlı kriminal avtoritetlər saxlanıldı - FOTO

11:50, 22.09.20171366
Ukraynada azərbaycanlı kriminal avtoritetlər saxlanıldı - FOTO
Ukrayna Milli Polisinin əməkdaşları Kirovoqrad vilayətində kriminal avtoritetlərin toplaşdığı "Şaşlıçnıy" kafe-restoranında reyd keçiriblər.

"Report"un yerli KİV-ə istinadən verdiyi məlumata görə, əməliyyat zamanı Mərkəzi Ukraynanın, xüsusilə Kirovoqrad, Dnepropetrovsk və Nikolayev vilayətlərinin 27 kriminal avtoriteti saxlanılıb.

Görüşün məqsədi həmin şəxslər arasında təsir dairələrinin bölüşdürülmə məsələsinin həlli olub. Saxlanılanların üzərindən bir neçə ədəd odlu silah, o cümlədən, iki avtomat, qumbara götürülüb.

Saxlanılanlar arasında Azərbaycan əsilli Nəcəb Əhmədov, Əkbər Zeynalov, Şükür Hümmətov və başqaları var.


 

 

 

 

 

0
XƏBƏR LENTİ