08:10 şənbə, 23 Mart 2019
DÜNYA

Ukraynada hər 100 nəfərdən biri QİÇS daşıyıcısıdır

15:06, 07.03.20192830
Ukraynada hər 100 nəfərdən biri QİÇS daşıyıcısıdır
Ukrayna Səhiyyə Nazirliyi maraqlı açıqlama yayıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Ukraynada QİÇS virusuna tutulan insanların qırx faizi öz xəstəliyindən xəbardar deyil.
 
Belə ki, erkən mərhələlərdə QİÇS virusunun əlamətləri bilinmir. Buna görə də QİÇS  virusuna yoluxub-yoluxmamağın əlamətləri nə qədər tez öyrənilsə, müalicəsinə də bir o qədər tez başlanılar.
 
Bunun üçün ilk növbədə nazirlik vətəndaşlara pulsuz QİÇS  testi aparılması təklifini irəli sürüb.
 
Həmçinin açıqlamada bildirilib ki, Ukrayna Avropada QİÇS virusunun ən çox yayıldığı ölkələrdən biridir. Ölkədə 15-49 yaşları arasındakı hər 100 insandan biri məhz bu virusu daşıyır.
 
Dünya Sağlamlıq Təşkilatı və YUNESKO-nun açıqlamalarına əsasən bildirilir ki, dünya miqyasında bu gün təxminən 37 milyon insan HİV pozitiv virusunun daşıyıcılarıdır.
 
Tahirə Nur
XƏBƏR LENTİ