"Unibank" öz əməkdaşını həbs etdirdi: Ana imdad diləyir

07 İyun 2017, 13:46
AAA
Ağayeva Bəsti Əfqan qızı, oğlu Ağayev Sahib Qüdrət oğluna qarşı ədalətsiz məhkəmə qərarından şikayətçidir.
 
AZXEBER.COM-un məlumatına görə, PressClub.Az-a müraciət edən Bəsti Ağayeva oğlunun əsassız ittihamlarla həbs edildiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu olan oğlu əvvəllər «Unibank»da işləyib. 2014-cü ildə Sahib Ağayevin işlədiyi banka borcu yaranıb.

S.Ağayev bankın İdarə Heyətinin sədrindən yaranmış borcun aylara bölünməsini xahiş edib və bildirib ki, borcunu aybaay ödəyəcək. Necə olsa, bankın işçisidir və əmək haqqı alır. Lakin İH sədri bununla razılaşmayıb. Bank rəhbərliyi S.Ağayevlə bağlı iddia ərizəisi ilə məhkəməyə müraciət edib. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə işə baxılıb və S.Ağayev barəsində dələduzluq maddəsi ilə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Apelyasiya Məhkəməsi də qərarı qüvvədə saxlayıb. Ali Məhkəmədə isə fərqli qərar çıxarılıb. Hakim İlham Cəfərov qərarın düzgün olmadığını və bu işin mülki məsələ olduğunu təsdiqləyərək cinayət işinin ləğvi barədə qərar verib və Apelyasiya Məhkəməsinə işi yenidən araşdırmaq tapşırılıb”. B.Ağayeva deyir ki, 2015-ci ilin yanvarında oğlu Apelyasiya Məhkəməsinin qərarı ilə bəraət alıb və azad edilib. Şikayətçi bildirib ki, məhkəmənin qərarı ilə «Unibank» S.Ağayevə təzminat ödəməliydi. Lakin «Unibank» yenidən protestlə çıxış edib. Ali Məhkəmə işi bir daha ibtidai istintaqa göndərib. Apelyasiya Məhkəməsi S.Ağayev barəsində 3 il 6 ay həbs cəzası kəsib: "Cəzanın bir hissəsi artıq çəkilmiş olduğundan oğlum azad edilməliydi. Həmin müddətdə oğlum «Port-Baku»da xəzinədar vəzifəsində çalışırdı. 2016-cı ilin martında isə oğlum barəsində bu dəfə «oğurluq» maddəsi ilə cinayət işi açıldı. Ali Məhkəmənin hakimi İlqar Qasımov aprelin 20-si kassasiya şikayətinə baxıb və 1 ay sonra qərar veriləcəyini bildirdi. Mayın 18-də məhkəmə prosesi keçirildi və, hakim oğurluq maddəsinin qaldırılaraq «mənimsəmə» ilə əvəz ediləcəyini dedi. Lakin sonra hakimin köməkçisi qərarın qüvvədə saxlandığını söylədi”.
 
B.Ağayeva hakimin qərarının niyə dəyişdirildiyini anlamadığını söylədi: «Oğlum hazırda 6 saylı cəzaçəkmə müəssisəsindədir. Amma günahının nə olduğunu hələ də nə özü bilir, nə də mən. Məhkəmələr oğlum barəsində ədalətsiz hökm çıxarır. Bəlkə də burada başqa amil var. Bəlkə də bank rəhbərliyi onlara hansısa yollarla təsir edir. Bilmirəm, heç nə deyə bilmirəm. Bircə onu bilirəm ki, oğlum günahsızdır. Mən məhkəmələrdən sadəcə, ədalətli qərar gözləyirəm”. B.Ağayeva məhkəmələrin ədalətsizliyindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya şikayət edəcəyini dedi: "Mən cənab Prezidentin ədalətinə inanıram. Mehriban xanıma da bir ana kimi müraciət edirəm ki, oğlumun işinə ədalətli baxılması barədə göstəriş versinlər”.

Oxunma sayı : 5250

Loading...
SON XƏBƏRLƏR
Formula 1: Colion Palmerin idarə etdiyi bolidin yanma səbəbi müəyyənləşib - 24 İyun 2017, 18:37
Əməliyyatla uşaq dünyaya gətirən anaya səhv qan vurdular - Bakıda şok hadisə - 24 İyun 2017, 18:23
" Elmlə məşğulam, vaxtım yoxdur" - Tağı Əhmədov - 24 İyun 2017, 17:37
Ramil Usubov Qubada vətəndaşları qəbul edib - 24 İyun 2017, 17:26
Xalq artistinin oğlu: "Anamı Türkiyəyə aparmaq istədim, həkimlər icazə vermədi" - 24 İyun 2017, 16:32
Rusiyanın ən məşhur qanuni oğrusunun bakılı qızının GƏNCƏ MACƏRASI - 24 İyun 2017, 16:18
Məşhur azərbaycanlı reperin ölümünün TƏFƏRRÜATLARI - 24 İyun 2017, 16:14
İstirahət mərkəzində kişilərə fantastik imkan: lüt qızlar, inanılmaz həzz - 24 İyun 2017, 16:12
Bakı polisinin bu davranışı əcnəbi turisti heyrətləndirdi - 24 İyun 2017, 15:03
Nəsimi rayonunda " Bizi birləşdirən milli mənəvi dəyərlərimiz" mövzusunda tədbir keçirilmişdir - 24 İyun 2017, 14:51
«Supermodel Azerbaijan» beynəlxalq müsabiqənin sənəd qəbuluna başlandı - 24 İyun 2017, 14:45
Azərbaycanlı məmurun Mayamidə 8.5 milyon dollara iki mənzili üzə çıxdı - 24 İyun 2017, 14:07
Bakıda gecə saatlarında qarajda görüşən sevgililərin DƏHŞƏTLİ SONU - 24 İyun 2017, 13:49
Ərdoğandan Qarabağ açıqlaması: "Azərbaycanla eyni mövqedən çıxış edirik" - 24 İyun 2017, 12:56
Qalmaqallı kosmetoloq barədə yazılanlar yalan çıxdı: “Ağ yalandır, biabırçılıqdır” - 24 İyun 2017, 11:28
Millət vəkilinin həyat yoldaşı vəfat etdi - 24 İyun 2017, 11:24
"Bank of Baku" yenə şəhid ailəsini məhkəməyə verdi -Borca görə - 24 İyun 2017, 11:20
Keçmiş səfir birinci vitse-prezident Mehriban Əliyevanın yeni köməkçisi təyin olundu - SƏRƏNCAM - 24 İyun 2017, 11:16
Natavan Həbibi və Dadonun nişanından - Fotolar - 24 İyun 2017, 11:15
Cəbhədə vəziyyət gərgin olaraq qalır - 24 İyun 2017, 10:45
Bakıda 36 yaşlı kişi avtomobilində bıçaqlandı - 24 İyun 2017, 10:25
Azərbaycanda kütləvi dava olub: kişi və qadın xəsarət alıb - 24 İyun 2017, 10:18
Bakıda gənc oğlan ikinci mərtəbədən yıxıldı - 24 İyun 2017, 10:11
Bakıda itkin düşən 17 yaşlı qızdan xəbər var - 24 İyun 2017, 10:07
Azərbaycan boksçusu Avropa çempionatının finalına yüksəlib - 23 İyun 2017, 23:58
İtaliyada birinci Azərbaycan Film Festivalının açılışı olub - 23 İyun 2017, 23:26
Bakıda SÜRƏT QATARI piyada qızı vurdu -Video - 23 İyun 2017, 22:49
Dərisi qatlanan, qorxulu xəstəliyi olan qadın: "Model olmaq istəyirəm" - FOTO - 23 İyun 2017, 22:29
Formula 1 üzrə Azərbaycan Qran Prisində qəza baş verib - 23 İyun 2017, 21:52
Əliyar Ağayev Çempionlar Liqası matçında - 23 İyun 2017, 21:25
Nağı Səfərov yenidən ATB İcraiyyə Komitəsinə üzv seçilib - 23 İyun 2017, 20:36
"Təkcə toy deyil ki, biznesləri də var" - Elvin+fotosessiya - 23 İyun 2017, 19:39
"Silahlı Qüvvələrimiz bütün tapşırıqların öhdəsindən gəlməyə qadirdir" - Zakir Həsənov - 23 İyun 2017, 18:08
Bu gəncin köməyinizə ehtiyacı var - Həkimlər ona deyib ki... - 23 İyun 2017, 17:52
Füzuli İcra Hakimiyyəti AZXEBER.COM-un araşdırmasından sonra Prezidentin səfərini rəsmi sayta yerləşdirdi - FOTO - 23 İyun 2017, 17:37
Bakıda 22 yaşlı gənc qaşıq uddu - 23 İyun 2017, 17:34
"Atama heç vaxt qanım qaynamadı" - Şəbnəm Tovuzlu - 23 İyun 2017, 17:31
Daha bir telejurnalist "Space TV"dən ayrıldı - 23 İyun 2017, 17:24
Həbsdə olan polkovnik: “Danışıb kimisə pis vəziyyətdə qoymaq istəmirəm” - 23 İyun 2017, 17:23
Nəsimi rayonunda dövlət qulluqçularının peşə bayramı qeyd edildi - 23 İyun 2017, 17:18
Gülər Əhmədova banka qoyduğu əmanətin 30 min manatını geri aldı - 23 İyun 2017, 17:15
Ucarda uşaq çayda boğuldu - 23 İyun 2017, 17:09
Narkomandan məsləhət: "Mənə baxıb, ibrət götürsünlər" - 23 İyun 2017, 16:56
Bakıda intihara cəhd edən qadın: "O məmur əl çəkməsə özümü öldürəcəm" (VİDEO) - 23 İyun 2017, 16:47
Erməninin cinayət işi geri qaytarıldı - 23 İyun 2017, 16:47
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: azxeber@mail.ru
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10