06:02 Bazar Ertəsi, 19 Fevral 2018
TOP4

“Unibank”da daha bir şok İSTEFA: Departament rəhbəri ölkədən getdi

00:43, 01.02.20182273
“Unibank”da daha bir şok İSTEFA: Departament rəhbəri ölkədən getdi

"Unibank"ın marketinq direktoru istefa edib. 

 

Ötən ili ciddi zərərlə başa vuran bankdan daha bir vəzifəli şəxs istefa verib. AZXEBER.COM "Marja" ya istinadən xəbər verir ki, bankın Marketinq üzrə direktoru Yevgeniy Soltanov öz istəyi ilə işdən ayrılıb. Onun öz fəaliyyətini ölkə xaricində şirkətlərin birində davam etdirəcəyi qeyd edilib. 

 

Məlumata görə bu istefanın ardından bankda struktur dəyişikliyi də olub. Belə ki, Y.Soltanovun rəhbərlik etdiyi marketinq departamenti Pərakəndə Bank xidmətləri departamentinə birləşdirilib. Departamentə rəhbərlik  idarə heyəti sədrinin Pərakəndə bank xidmətləri üzrə müavini Taleh Tahirliyə tapşırılıb.  

 

Qeyd edək ki, ötən ay yayılan məlumata görə "UniBank”ın əsas rəhbərlərindən biri olan Eldar Qəribovun Malta vətəndaşlığı alaraq ölkədən getmişdi. Səhmlərinin təxminən 40%-nə nəzarət edən və Bankın Müşahidə Şurasının sədri olan Qəribovun bu addımı ictimaiyyət arasında da müzakirəyə səbəb olmuşdu


 

0
XƏBƏR LENTİ