“Unibank”ın haqsızlıqlarına dözməyən sahibkar prezidentə müraciət etdi – MƏTN

05 Oktyabr 2017, 15:36
AAA

Saytımızın daimi oxucularının bu sahibkarın bundan öncə bizim saytda yayımlanan sərt bəyanatları, açıqlamaları yəqin kimi xatirindədir. Bəli, söhbət məhz İsmayıllıdan olan və İsmayıllı rayonunda kiçik sahibkarlıqla məşğul olan Namət Əsgərovdan gedir. O Namət Əsgərov ki, biz onu doğulduğu, boya-boşa çatdığı və hal-hazırda da sahibkarlıqla məşşğul olduğu öz rayonunun ziyalılarından soraqlamışıq. Onun həyat və iş fəaliyyətini araşdırmışıq. Onun sadə fəhlə ailəsində dünyaya göz açdığını, daim öz zəhmətilə, əlinin qabarıyla çörək qazandığını öyrənmişik. Namət Əsgərovun dövlətə, dövlətçiliyə, Ulu Öndərə və onun siyasi kursunun layiqli davamçısı olan cənab Prezidentimiz İlham Əliyevə olan sədaqəti də bizə bəllidir. Rayon camaatının diliylə desək "Namət qatı Əliyevçidir!” Bu fikir bizi həmin insanı, kiçik sahibkarı diqqətdə saxlamağa vadar etdi.

 

AZXEBER.COM xəbər verir ki, mövzudan xəbəri olmayanlar üçün qısaca qeyd edək ki, Namət Əsgərov cənab Prezidentin milli iqtisadiyyatın inkişafına yönəlik siyasətini rəhbər tutaraq İsmayıllı rayonunda öz kiçik sahibkarlıq obyektini genişləndirmək və iş yerlərini artırmaq qərarına gəlmiş və bunun üçün "Unibank KB”ASC-nin sahibkarlara ayırdığı kredit xəttindən istifadə etmişdir. Krediti götürərək tam təyinatı üzrə xərcləmiş, öz kiçik sahibkarlıq obyektini genişləndirmiş və bununla da iş yerlərinin artırılmasına nail olmuşdur. Bankdan götürdüyü krediti birinci devalvasiyaya qədər vaxtlı-vaxtında ödəmişdir. Birinci devalvasiyadan sonra ödənişlərini çətinliklə də olsa davam etdirmişdir. Lakin ikinci məlum devalvasiyadan sonra əksər dollar krediti olan sahibkarlar kimi ödəniş edə bilməmişdir.

Mövcud vəziyyəti əsas tutaraq bank rəhbərliyinə müraciət etmiş, ona müəyyən güzəşt tətbiq edilməsini xahiş etmişdir. Lakin bank rəhbərliyi ona konkret güzəşt tətbiq etməkdən imtina etmiş, əksinə borcun tamamilə ödənilməsi tələbilə məhkəməyə müraciət etmişdir. Araşdırma zamanı məlum oldu ki, iş hal-hazırda Sumqayıt Apellyasiya Məhkəməsinin icraatındadır. Onu da əlavə edək ki, Namət Əsgərovun və onun geniş tərkibli ailəsinin yaşadığı yeganə ev, eyni zamanda bacısının və digər yaxın qohumunun evləri (3 ev) girovdadır. Və əgər məhkəmə bankın xeyrinə bitərsə hər üç geniştərkibli ailə evsiz-eşiksiz qalmaq təhlükəsiylə üz-üzədir. Namət isə israrla banka və bank rəhbərliyinə, aidiyyəti qurumlara, məhkəmə instansiyalarına rəsmi müraciət edərək bəyan edir ki, banka olan borcunu ödəməyə hazırdır. Yetər ki, bank ona müəyyən real güzəşt tətbiq etsin və ona yeni ağlabatan ödəniş qrafiki təqdim olunsun.

Bu düşüncə və məqsədlə sahibkar bu dəfə ölkənin başçısına-cənab Prezidentə müraciət ünvanlamışdır. Müraciətin tam mətnini məqalənin sonunda oxuya bilərsiniz. Lakin bəzi diqqətçəkən məqamları xüsusi vurğulamaq istərdik. Namət Əsgərov müraciətində qeyd edir: "Mən Unibankın Müşahidə Şurasının sədri Eldar Qəribova müraciət etdim ki , məni qəbul etsin. Mənə qarşı olan haqsızlığı ona yazılı sürətdə bildirdim. Lakin o buna reaksiya vermədi. Eldar Qəribovun Azərbaycan vətəndaşlarının sosial durumu, onun rəhbərlik etdiyi bankın Azərbaycan vətəndaşına vurduğu ağır iqtisadi zərbələr, vətəndaşların intihar həddinə çatdırılması vecinə deyilmi?!”

".....Və bankın azərbaycanlı rəhbəri Eldar müəllim azərbaycanlının əzilməyinə, sıxılmağına və hətta intihar həddinə çatmağına asanlıqla göz yumur. Eldar müəllimin vətəndaşlara belə biganə yanaşmasından sonra ürəkdən deyirəm - kaş həmin bankın rəhbəri qeyri-azərbaycanlı olaydı, başqa millətdən olan biri məni, ailəmin sosial durumunu, real vəziyyəti daha ədalətli qiymətləndirərdi, nəinki özümüzünkü dediyimiz Eldar müəllim...”

Namət Əsgərovun cənab Prezidentə ünvanladığı müraciətdə diqqətimizi çəkən bir bədii sualı (cavabı sualda gizlənən sual) olduğu kimi təqdim edirik:

"Unibank rəhbərliyindən-şəxsən Eldar Qəribovdan və Faiq Hüseynovdan soruşmaq lazımdır ki, 1 milyon qaçqın bəs etmirmi onlara?”

Son zamanlar bank kreditlərindən intihar edənlərin bəyanatlarıyla müəyyən oxşarlıq aşkarladıq bu cümlələrin sətir aralarında... Yəqin ki, aidiyyəti şəxslər, daha dəqiq desək bank rəhbərlərinin belə sətirlərə diqqətli yanaşmasını tövsiyə edirik. Axı intihar edənlərin, əzilənlərin, iqtisadi tənəzzülə uğrayanların, özünə, canına, ailəsinə qıymaq məcburiyyətində olanların hər biri azərbaycanlıdır. Qanı qanımızdan, canı canımızdan olan AZƏRBAYCANLI!!! Biz öz həmyerlimizin, həmvətənimizin, sakinimizin, soydaşımızın, vətəndaşımızın – azərbaycanlımızın qeydinə qala bilmiriksə, onun sosial durumuyla maraqlanıb ona əl tutmaq qərarını vermiriksə və verə bilmiriksə, onlara, onların problemlərinə vecsiz və ədalətsiz yanaşırıqsa, ÖZGƏdən nə gözləyirik?!

Mövzunu davam etdirəcəyik.

Qarşı tərəfin arqumentlərini dinləməyə hazırıq.

 


 
 
 

 




Oxunma sayı : 11498

SON XƏBƏRLƏR
Mustafa və xanımı boşanır? - 20 Oktyabr 2017, 00:11
Cüdoçumuz dünya çempionu oldu - 19 Oktyabr 2017, 23:33
Nanə Ağamalıyeva avtomobil qəzasına düşdü - 19 Oktyabr 2017, 22:23
Hafka "Qarabağ"ın rəqibinə Bakıda qonaqlıq verdi: Bahalı içkilər, gecəyarısına kimi davam edən əyləncə... - 19 Oktyabr 2017, 20:20
Bakıda 70 "avtoş" saxlanıldı - 19 Oktyabr 2017, 19:53
Amerikalı həmsədrdən Qarabağ bəyanatı - 19 Oktyabr 2017, 19:51
FETÖ-nün Azərbaycandakı "boz kardinalı" həbs edildi - 19 Oktyabr 2017, 19:50
Qadın sanıb evə apardı: soyunanda həyatının şokunu yaşadı - FOTO - 19 Oktyabr 2017, 19:49
Nazir Azad Rəhimov: "Qarabağ" hakim səhvi ilə bağlı UEFA-ya şikayət edəcək" - 19 Oktyabr 2017, 19:46
Azərbaycan Prezidenti Türkiyədə səfərdədir - 19 Oktyabr 2017, 19:43
Nişanlısı zənginə cavab verməyincə evlərinə getdi: gördüyündən şok oldu - FOTO - 19 Oktyabr 2017, 19:41
Dollar sabah neçəyə olacaq? - RƏSMİ MƏZƏNNƏ - 19 Oktyabr 2017, 18:37
11-ci sinfi şagirdinin ölümünə səbəb olan "zavuç"a - 500 manat cərimə - 19 Oktyabr 2017, 17:44
"Biz öz gücümüzə arxalanmalıyıq" - Əli Həsənov - 19 Oktyabr 2017, 17:33
"Sənin Elşad Xose qədər ağlın olsaydı, bu sözü deməzdin" - Oksana keçmiş ərini müdafiə etdi - 19 Oktyabr 2017, 17:30
Rəşad Sadıqov Messi ilə eyni siyahıda - Ən yaxşı 11-lik - 19 Oktyabr 2017, 17:19
Prezident Xanbala Orucov haqqında sərəncam imzaladı - 19 Oktyabr 2017, 17:09
Çavuşoğludan Azərbaycana qarşı qəbul olunan sənədlə bağlı AÇIQLAMA - 19 Oktyabr 2017, 16:59
DYP açıqladı: Maşında söhbət etsəz, cərimələnəcəksiz - 19 Oktyabr 2017, 16:59
İTV-də maliyyə pozuntuları aşkarlandı - RƏSMİ - 19 Oktyabr 2017, 16:37
"Azəristiliktəchizat"a qarşı maliyyə sanksiyası tətbiq olunacaq - 19 Oktyabr 2017, 16:31
"Biz özümüzü gec-tez göstərməliydik" - Şehiç - 19 Oktyabr 2017, 16:20
4 noyabrın sirri açıldı - 19 Oktyabr 2017, 16:16
"Qanun nəşriyyatı" Gömrük İdarəsini məhkəməyə verdi - 19 Oktyabr 2017, 16:09
Nazir müavini nazirlə quda oldu - 19 Oktyabr 2017, 15:57
"Ndlovunun epizodunda penalti yox idi" - İspaniyalı məşhur hakim - 19 Oktyabr 2017, 15:48
Fəhlə arvadının iki kişi ilə görüntülərini çəkdi - Bakıda şok - 19 Oktyabr 2017, 15:34
"Qalatasaray" - "Fənərbaxça" derbisinin hakimi bəlli oldu - 19 Oktyabr 2017, 15:24
Tibb bacısı olan ana işdə 7 yaşlı oğlunun cəsədi ilə qarşılaşdı...- Salyanda faciə - 19 Oktyabr 2017, 15:00
Heydər Əsədov aqrar sektoru necə batırır - Dövlətin göyə sovrulan milyonları (RƏQƏMLƏR) - 19 Oktyabr 2017, 14:59
“Qarabağ”ın UEFA-da reytinqi açıqlandı - 19 Oktyabr 2017, 14:47
Tacir sevgilisi olmuş Fədayə Laçın haqqında: "Onun kimi kimsə ola bilməz" - 19 Oktyabr 2017, 14:32
Xəzərdə zəlzələ oldu - 19 Oktyabr 2017, 14:17
Müəllim "D" hərfini yaza bilməyən 1-ci sinif şagirdini şillələdi - VİDEO - 19 Oktyabr 2017, 13:59
"Məktəb illərində mənə qoçu deyirdilər" - Elza Seyidcahan - 19 Oktyabr 2017, 13:49
Mingəçevirdə kütləvi dava: 22 yaşlı gənc ağır yaralandı - 19 Oktyabr 2017, 13:36
Olimpiya çempionu: Fürsət tapan kimi məni zorlayırdılar - 19 Oktyabr 2017, 13:21
Novxanıda iranlı tələbəni öldürənlər daha bir evə basqın etdilər - 19 Oktyabr 2017, 13:02
Ağdam rayon İcra Hakimiyyətinin başçısı məhkəməyə çağırıldı - 19 Oktyabr 2017, 13:00
""Maşın-şou"da qanun pozuntusu yoxdur” - MTRŞ sədri - 19 Oktyabr 2017, 12:45
Həbs ediləcəyi deyilən Şəmsəddin Hacıyev danışdı - “Əgər fakt təsdiq edilərsə…” - 19 Oktyabr 2017, 12:40
Nazirdən qriplə bağlı ƏMR - 19 Oktyabr 2017, 12:17
"Qarabağ"ın matçında hakimin şübhəli qərarı zamanı stadionda müəmmalı olay - FOTO - 19 Oktyabr 2017, 12:03
Sevgilisi ilə qaçmaq istəyən qız öldü - 19 Oktyabr 2017, 11:53
"Könül Kərimovaya qanunsuz torpaq verilib" - Dövlət Komitəsi - 19 Oktyabr 2017, 11:51
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10