08:18 Bazar Ertəsi, 19 Avqust 2019
SOSİAL

“Uniklinika”da 16 yaşlı gənc burun əməliyyatı zamanı öldü

14:25, 14.08.20194677
“Uniklinika”da 16 yaşlı gənc burun əməliyyatı zamanı öldü
Bakıda özəl klinikalardan birində rinoplastika (burun estetik əməliyyatı) nəticəsində növbəti ölüm faktı qeydə alınıb.

AZXEBER.COM xəbər verir ki, bunu Oxu.Az-a Yasamal rayon Polis İdarəsindən bildiriblər.

Məlum olub ki, hadisə Kazım Kazımzadə küçəsində yerləşən "Uniklinika”da baş verib. Burada avqustun 13-ü saat 19:00-da əməliyyat zamanı 2003-cü il təvəllüdlü paytaxt sakini Xurşudov Mirəhməd Ağasəf oğlu ölüb.

Hazırda Yasamal rayon prokurorluğu faktla bağlı araşdırma aparır. 

Həmin klinika ilə əlaqə saxlasaq da, əməkdaşlar məlumat verməkdən imtina etdilər. 

Xatırladaq ki, 2018-ci ilin martında "StarMed” klinikasında burun əməliyyatı zamanı Azərbaycan Maliyyə-İqtisad Kollecinin 18 yaşlı tələbəsi Mürsəlova Leyla Namiq qızı ölmüşdü.
XƏBƏR LENTİ