09:24 şənbə, 16 Dekabr 2017
MƏDƏNİYYƏT

“Unudulmaz” filmi Daşkənddə təqdim olunacaq

14:37, 05.12.2017121
“Unudulmaz” filmi Daşkənddə təqdim olunacaq
Dekabrın 12-də Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində «Lider» televiziyası tərəfındən ərsəyə gələn "Unudulmaz” filminin təqdimat mərasimi keçiriləcək. 
AZXEBER.COM xəbər verir ki, bu, ulu öndər Heydər Əliyevin həyatının araşdırılmamış anları haqqında sənədli fılmdir. «Lider» televiziyası tərəfındən ərsəyə gələn "Unudulmaz” filmi milli liderin ABŞ-ın Klivlend klinikasında müalicə aldığı dövrü işıqlandırır. Dahi şəxsıyyətin çətin anlarından, Klivlend xəstəxanasında müalicəsi dövründən bəhs edır. Ekran əsərinin ssenari və ideya müəllifi Elnur Niftəliyev sənədli fılmdə milli liderlə təmasda olan Klivlend xəstəxanasının həkım kollektivini bir araya gətirib. Burda Ulu öndərin müalicəsində xüsusi əməyi olan ABŞ-ın aparıcı həkimlərinin milli liderlə bağlı xatirələri əksini tapıb. Ekran işində eyni zamanda çox qiymətlı və nadir arxiv kadrlardan da istifadə edilib. "Ulu öndərin anım günündə Daşkənddə təqdim olunacaq "Unudulmaz” sənədli filminin premyerası,  Bakıda Nizami Kino Mərkəzində gerçəkləşib.

0
XƏBƏR LENTİ