09:47 Cümə, 22 Iyun 2018
TOP4

"Uşağı şikəst etməyin, peyvənd vurdurmayın" - Yəhudi həkim

15:35, 14.03.20188910
Övladınızın gələcəyi naminə bir hiylə işlədə bilərsiniz. İlk peyvənddən sonra klinikaya gedib, uşağınızın qıcolma keçirdiyini, uzun müddət hərarətinin düşmədiyini söyləyir, şikayət edirsiniz. Sizə xüsusi sənəd verilir ki, uşağınıza vaksin vurmaq təhlükəlidir. Bu sənəd əlinizdə olandan sonra heç bir təhsil müəssisəsinın övladınızı qəbul etməmək şansı yoxdur. Bununla peyvəndlərdən canınızı qurtarırsınız.

AZXEBER.COM publika.az-a istinadən xəbər verir ki, bu sözləri İsrailin Zehni və psixofiziki inkişaf pozğunluğu olan uşaqların müalicəsi və bərpası Mərkəzinin rəhbəri, həkim Lev Levit verdiyi geniş müsahibədə bildirib.

Yəhudi həkimin sözlərinə görə, uşaqlara peyvənd vurdurmağın heç bir faydası və köməyi yoxdur:

"Körpə doğulan kimi ona Hepatit B-yə qarşı vaksin vurulur ki, heç vaxt bu virusa yaxalanmasın. Hepatit B isə bir insandan digərinə qanla ötürülür. Əgər uşaq müəyyən qan xəstəliyindən əziyyət çəkirsə, yaxud ard-arda müxtəlif cərrahiyə əməliyyatları keçirirsə, ona qan köçürüləcək. O halda mən razıyam, bu vaksin edilməlidir. Yox, bu problemlər yoxdursa, uşağın hepatit B-yə yaxalanmaq ehtimalı sıfıra bərabərdirsə, bunu etməyin mənası varmı? Hepatit də QİÇS kimi ötürülür. Fikir verin, QİÇS-ə qarşı peyvənd yoxdur axı. İndi sizdən soruşuram, bu peyvəndi edib, uşağı riskə atmağın mənası var? Ömürlük immunitet mövcud olmadığına görə bu peyvəndi bir aydan sonra yenidən və yenidən vurdurmaq lazımdır. Yaş yarımına qədər uşağa üç, beş valentli vaksinlər də daxil olmaqla, 30-a yaxın peyvənd vurulur. Nəticədə görürük ki, uşaq vurulan peyvəndə qəribə, bəzən də sərt reaksiyalar verir, öskürək, qızdırma, qıcolma ilə müşaiyət olunan bu durum bir sıra patologiyalara yol açır. Birdən-birə valideyn fərqinə varır ki, uşağın inkişafı geriləyir, aqressivləşir, danışanda gözümüzə baxmır, başını divara çırpır və s. Valideyn də tapa bilmir ki, səbəb nə ola bilər. Bəlkə vurdurduğunuz peyvəndlərdir? Heç düşünmüsünüz bu haqda? Pediatr isə sakitləşdirir, bir az da səbir edin, gözləyin, hər şey qaydasına düşəcək. Vəziyyət isə pisə doğru dəyişir".

Həkim bildirib ki, sənəd imzalamaqla məsuliyyəti öz üzərinizə götürün:

"Qoyun, övladınız qızılca, suçiçəyi keçirsin. Axı bu xəstəliklər serebral iflicdən, autizmdən daha asan müalicə olunur". 
XƏBƏR LENTİ