00:34 şənbə, 24 Fevral 2018
SOSİAL

Uşaq bağçaları yerli icra hakimiyyəti orqanlarının tabeliyində saxlanılıb

20:20, 19.06.2017325
Uşaq bağçaları yerli icra hakimiyyəti orqanlarının tabeliyində saxlanılıb
Azərbaycanda uşaq bağçaları yerli icra hakimiyyəti orqanlarının tabeliyində saxlanılıb.
 
AZXEBER.COM məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı "Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 585-VQ nömrəli Qanunun tətbiqi barədə fərmanında əksini tapıb.
 
Dövlət məktəbəqədər təhsil müəssisəsinə yerli icra hakimiyyəti orqanının təyin etdiyi şəxs rəhbərlik edəcək. Dövlət məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərini vəzifəyə təyin etmək və vəzifədən azad etmək, dövlət məktəbəqədər təhsil müəssisələrini tədris vəsaitləri, bədii və metodik ədəbiyyatlarla təmin etmək, dövlət məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə prosesini və idarəetməni təkmilləşdirmək, bu müəssisələri ixtisaslı pedaqoji kadrlarla, informasiya-kommunikasiya texnologiyaları və digər zəruri vasitələrlə təmin etmək də yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərindədir.
 
apa.az
0
XƏBƏR LENTİ