“Uşaq olmadan da xoşbəxt ailə olmaq olar" - KÖŞƏ

“Uşaq olmadan da xoşbəxt ailə olmaq olar" - KÖŞƏ
KÖŞƏ
00:03 17.02.2019
14053
 Sevinc Telmanqızı

Günün ən kədərli xəbərlərindən biri oldu mənimçün. Uşağı olmadığı üçün ayrılmağa məcbur edilən, sonra isə növbə ilə intihar edən ər-arvad. Dünyanın hansı ölkəsində belə olaylar baş verir deyə soruşsaz, əmin olun ki, cavab "inkişaf etməmiş ölkəsində” olacaq. Bizimki kimi ölkələrdə nə yazıq ki, ailənin tərifini, dəyərini hələ də olduğu kimi anlamayıblar. Hələ də bir qrup insan cütlük evlənəndən iki ay keçməmiş başlarının üstünü kəsdirib, "bir şey-mir şey var”, deyə sual verməyi adət hesab edirlər, kompleks keçirmirlər, adekvat olaraq veriləcək "sənin nə azarına” cavabından narahat deyillər, insanların yataq həyatını detalına qədər soruşurlar.

Hesab edin ki, hansısa cütlük evlənəndən dərhal sonra yox, bir neçə il sonra uşaq planlaşdırır. Ev almaq istəyir, borcunu bağlayandan sonra uşaq barədə düşünür və ya dünya səyahətinə çıxacaq. Və ya heç planlaşdırmır. Hər nə... Amma nə mümkün? Ağbirçəklər şurası dərhal yekdil komanda kimi özünü ortaya salacaq. Uşaq niyə olmur, problem kimdədir, həkimə niyə getmirsiz...? Bu suallar kar etməyəndə türkəçarələr dövriyyəyə girəcək. "Bel çəkdirən” xalalar, məcun hazırlayan falçılar, keçibuynuzunu torba-torba satan bibilər və bunun kimi bir neçə vasitə...

Utandıracaqlar, abırdan salacaqlar, çərlədəcəklər, amma əl çəkməyəcəklər. Sanki ölkənin demoqrafik durumundan bunlar məsuldular. Sanki evdən körpə səsi gəlməsə, bunların qulağından qan gələcək. Sanki çox yanırlar bu cütlüyün dərdinə, onların uşaqları olmasa, bunlar o dərdi özlərinə yük edəcəklər. "Sanki”lərin hər biri özü boyda ironiyadır. Sadəcə bir qrup insan necə yaşayacaqlarını bilmir. Yaşaya bilmirlər. Öz həyatlarının anasını ağladandan sonra keçirlər qohum-əqrəbaya, qonşulara, iş yoldaşlarına. İctimai bir vəzifə kimi icra edirlər bunu üstəlik. Hər görəndə soruşmaq, üz verilməyəndə israrla bunu davam etmək, bu da kar etməyəndə dedi-qodu çıxarmaq. "Aaz eşitmisən, deyirlər oğlan...” Bunun kimi dürlü-dürlü çirkinliklər. Və inanın ki, belə xalaların "dosyesində”ki qayınana-baldız-elti davalarından serial çəkilər. İllərlə özlərinə, ərlərinə, uşaqlarına həyatı dar edəndən sonra keçiblər digərlərininkinə. Təcrübəlidilər, məşqlidilər bu mövzuda. Yara yaradıb, sonra onu qaşımayınca, qan çıxarmayınca sakitləşməyən cinsdəndilər onlar. Hər birinizin həyatında olub belələri, yadınıza salın, haqq verəcəksiniz...

Günah təkcə ictimai basqıdadırmı? Guya bütün cütlüklər ailənin nə olduğunu anlayır? "Uşaqsız ailə olmaz” bizim şüurlarda o qədər dərin kök salıb ki. Halbuki dörd-beş uşaqla belə ailə olmağı bacarmayanlar var. Uşağını atanlar, ailəsini unudanlar, içib-içib uşağını döyənlər... Yəni, bardağın dolu tərəfi də var, boş tərəfi də. Ailə olmağın gözəlliyini bilən elə uşaqsız da buna nail ola bilir. Bir-biri ilə həyatı paylaşan, yaxşı və pis gündə dəstək olan, lənət şeytana, bir-birini dinləməyi, anlamağı bacaran nə qədər cütlük var ətrafınızda? Siz o toyda-düyündə el gözünə çəkilən ailə fotolarını atın bir qırağa, o bağlı qapıların arxasında hansı söhbətlərin getdiyindən xəbərdarsız? "Yetimlərinin yeməyini bişirib, paltarını yumaqdan bezar oldum” deyən qadınlar var. Uşaq böyütdüyü üçün ərinə minnət qoyan, onlarla şantaj edən... Qanınızı qaraltmaq istəmirəm, amma həyata çəhrayı gözlüklərlə baxmasaqmı əcəba?

Bu cütlüyü də "bir şey-mir şey” sualı ilə illərlə bezar edəndən sonra ayırıblar çox güman ki. Oğlanı yenidən evləndirəcək, qızı da ata evinə göndərib, qardaşı uşaqlarına, yaşlı ata-anasına baxıcı edəcəkdilər. Yazılmamış qanunlardır bunlar. Amma bu dəfə tərs təpdi, aksioma yanlış çıxdı. Ortada böyük sevgi vardı çox güman. Uşaq olmadan da bərabər yaşamağın, sevməyin, saymağın, arzulamağın nümunəsi idi bu cütlük. Demirəm ki, yaşanan sevgi dastanıdır. Amma həm də cəmiyyət ayıbının bir örnəyidir. O xalaların, bibilərin üzünə çəkilən sərt sillədir. Lütfən bir üzünə sillə çəkilənlər o biri üzünü göstərməsin. Həyat insana ikinci şans vermir...
 
Musavat.com
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Papa XIV Leodan dünya liderlərinə ÇAĞIRIŞ
16:36 11.05.2025
Papa XIV Leodan dünya liderlərinə ÇAĞIRIŞ
"Haber Global": Kahramanmaraşda 1 213 ev tezliklə qanuni sahiblərinə təhvil veriləcək
16:24 11.05.2025
"Haber Global": Kahramanmaraşda 1 213 ev tezliklə qanuni sahiblərinə təhvil veriləcək
Parapauerliftinqçimiz Dünya Kubokunda 2 qızıl medal qazanıb
15:55 11.05.2025
Parapauerliftinqçimiz Dünya Kubokunda 2 qızıl medal qazanıb
"Qarabağ" klubu dünya reytinqində 10 pillə irəliləyib
15:53 11.05.2025
"Qarabağ" klubu dünya reytinqində 10 pillə irəliləyib
Ağdam, Əsgəran, Xocalı və Xankəndi arasında dairəvi elektrik təchizatı sxemi yaradılacaq
15:37 11.05.2025
Ağdam, Əsgəran, Xocalı və Xankəndi arasında dairəvi elektrik təchizatı sxemi yaradılacaq
Xocalının Xanabad kəndindəki heyvandarlıq kompleksində 55 nəfər işlə təmin edilib
15:12 11.05.2025
Xocalının Xanabad kəndindəki heyvandarlıq kompleksində 55 nəfər işlə təmin edilib
Ərdoğan: Ukraynada müharibənin sona çatması yolunda tarixi dönüş əldə edilib
14:57 11.05.2025
Ərdoğan: Ukraynada müharibənin sona çatması yolunda tarixi dönüş əldə edilib
DSX: "Xudafərin" körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
14:38 11.05.2025
DSX: "Xudafərin" körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək
14:20 11.05.2025
Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək
Naxçıvanın ədliyyə orqanlarına qəbul imtahanı keçirilib
14:05 11.05.2025
Naxçıvanın ədliyyə orqanlarına qəbul imtahanı keçirilib
Türkiyədə “Azərbaycan Kino Günləri” keçiriləcək
13:43 11.05.2025
Türkiyədə “Azərbaycan Kino Günləri” keçiriləcək
Ağdamın Kəngərli kəndində 632 ev tikiləcək
13:27 11.05.2025
Ağdamın Kəngərli kəndində 632 ev tikiləcək
Ağdamın Kəngərli kənd orta məktəbində 484 şagird təhsil alacaq
13:07 11.05.2025
Ağdamın Kəngərli kənd orta məktəbində 484 şagird təhsil alacaq
Leysan, dolu, sulu qar... - Sabahın havası
12:42 11.05.2025
Leysan, dolu, sulu qar... - Sabahın havası
Şri-Lankada avtobus aşıb, 15 nəfər ölüb, 20 nəfər yaralanıb
12:26 11.05.2025
Şri-Lankada avtobus aşıb, 15 nəfər ölüb, 20 nəfər yaralanıb
Makron: Putinin danışıqlar təklifi ilk addımdır, lakin yetərli deyil
11:59 11.05.2025
Makron: Putinin danışıqlar təklifi ilk addımdır, lakin yetərli deyil