"Uşaq pulu bərpa edilsin" - Deputatdan təklif

23 Noyabr 2017, 15:44
AAA
Azərbaycanda uşaq pulu yenidən bərpa edilməlidir.

AZXEBER.COM Publika.az-a istinadən xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisdə çıxışı zamanı bildirib.

Millət vəkili bildirib ki, hamiləlik və doğuşa görə, uşağın doğumuna görə ayrılan vəsaitlərin də artırılmasına ehtiyac var.

"Bu sahəyə ayrılan vəsaiti doğulan uşaqların sayına böldükdə hər bir uşağa 45 manat vəsait düşür. Bu da çox kiçik rəqəmdir”.

Millət vəkili bir sıra beynəlxalq təşkilatların Azərbaycanda uşaqların inkişafı ilə bağlı hesabatlarından bəzi rəqəmləri səsləndirərək siyahıda geriləməyimizin həm də uşaqların normal qidalanamaması ilə əlaqədar olduğunu deyib: "Azərbaycanda uşaqların boy artımında gecikmə var. Boy artımında gecikmə təkcə fiziki inkişafın zəif olması deyil, həm də əqli inkişafa da təsir edir. Ümumdünya Səhiyyə Təşkilatının qiymətləndirməsinə görə, Azərbaycan alçaqboylu ölkə hesab edilir. 200 ölkə arasında qadınlara görə 113, kişilərə görə 115-ci yerdəyik. Azərbaycan Pediatriya İnstitutunun açıqladığı rəqəmlərə görə, uşaqların boy artımında 6 faiz gecikmə var. Həmin rəqəmlərə görə uşaqların 55 faizi ana südü ilə qidalanmır. Əlbəttə, bu da ümumi inkişafa təsir edən məqamlardandır. Avropada son illərdə insanların boyu 11 faiz artıb. Bizim boyumuz artmaq əvəzinə azalıb. Avropada orta boy 179 sm, bizdə 172 sm-dir. Bizdə balıq istehlakı Orta Avropadan 3 dəfə azdır”.

Q.Həsənquliyev onu da vurğulayıb ki, uşaqların inkişafı üçün uşaq pulunun bərpasına ehtiyac var: "Biz uşaq pulunu ləğv etdik. Lakin bu məsələyə yenidən baxmalıyıq. Uşaqların normal qidalanması üçün uşaq pulu verməliyik ki, valideynlərin əməkhaqqından asılı olmayaraq, onların normal qidalanması təmin edilsin”.

Millət vəkili əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun ötən gün Milli Məclisdəki çıxışından təəssüf hissi keçirdiyini bildirib: "Səlim müəllim bildirdi ki, 2014-cü ildə prezidentin sərəncamına əsasən, şəhid ailələri və Qarabağ əlillərinin mənzillə təminatı üçün ildə 50-60 milyon manat nəzərdə tutulsa da, bu məbləğ tam təmin edilməyib. Prezidentin sərəncamına görə, bu qrup əhalinin mənzillə təminatı 2019-cü ildə həll edilməli idi. Lakin bu məbləğin nəzərdə tutulan miqdarda ayrılmaması o deməkdir ki, bu şəxslər hələ illərlə növbə gözləməlidirlər. Bu vəsaitin azaldılması əsaslandırılmalıdır. Əgər bunu əsaslandırmısınızsa, prezidentin tapşırığını yerinə yetirin”.



Oxunma sayı : 2776

SON XƏBƏRLƏR
Röya “Altın Kelebek” aldı - Video - 11 Dekabr 2017, 11:31
60 yaşlı kişi diri-diri yandı - Azərbaycanda dəhşətli hadisə - 11 Dekabr 2017, 11:14
Qənirə Paşayeva İraqda Qarabağ həqiqətlərindən danışıb - 11 Dekabr 2017, 10:52
Ramil Səfərovə yeni rütbə verildi - FOTO - 11 Dekabr 2017, 10:44
Bakı-Quba yolunda avtobus qəzaya uğradı: Yaralılar var - 11 Dekabr 2017, 10:42
Siyəzəndə sürüşmə: 50 evdə çat əmələ gəlib - 11 Dekabr 2017, 10:17
18 yaşlı qız sevgilisi ilə cinsi əlaqə zamanı canlı yayım etdi: 3 dəqiqə davam etdi - FOTO - 11 Dekabr 2017, 10:13
MTN generalı apellyasiya şikayəti verdi - 11 Dekabr 2017, 10:02
Bacısının ərini və qayınatasını güllələdi - Bakıda kriminal - 11 Dekabr 2017, 09:54
Ən qədim budda məbədi alovlandı - VİDEO - 11 Dekabr 2017, 09:52
“Mən Natavanı məcbur elədim...” - Dado yenə danışdı - 11 Dekabr 2017, 09:47
Azərbaycanlı təyyarənin yük yerində Almaniyaya qaçdı - Foto - 11 Dekabr 2017, 09:42
İlhamə Quliyevanın oğlu sərbəst buraxıldı: Məsuliyyətsizlik etdim - 11 Dekabr 2017, 09:37
Manatın bu günə olan məzənnəsi - RƏSMİ - 11 Dekabr 2017, 09:28
Bakı metrosunda gənc özünü qatarın altına atdı - 11 Dekabr 2017, 09:19
Almaniyada Yeni il ağacı adamların üstünə aşdı - 11 Dekabr 2017, 09:06
Daha bir serial sevişmə səhnələrinə görə cəzalandırıldı - 10 Dekabr 2017, 21:22
Ələkbərovun səhmləri müsadirə olunacaq - 10 Dekabr 2017, 20:49
Səidə Natavanla Dadonun boşanmasından danışdı: "Hər şeyi olduğu kimi deyəcəm" - 10 Dekabr 2017, 20:30
Bakıda ağır qəza: Avtomobil iki yerə bölündü – FOTO - 10 Dekabr 2017, 19:59
“İsrail işğalçı bir terror dövlətidir” — Ərdoğan - 10 Dekabr 2017, 19:32
Nazim İbrahimovun qızı nişanlandı - Fotolar - 10 Dekabr 2017, 13:58
Azərbaycanda dəhşətli qəzada ölənlərin ikisi həkim imiş - Adlar - 10 Dekabr 2017, 12:30
Xocalıda 4 yaşında əsir düşən Mehdi evləndi - Foto - 10 Dekabr 2017, 12:23
Rövşanə radioaparıcılarını tənqid etdi: "Bir az kişi səsi ilə danışın" - 10 Dekabr 2017, 11:54
Araz Abdullayev gözəl qolla Kipr klubuna qələbə qazandırdı - VİDEO - 10 Dekabr 2017, 11:30
61 yaşlı qadın faciəvi şəkildə öldü - 10 Dekabr 2017, 11:28
Bakı metrosunda tanınmış rejissorun halı pisləşdi - Reanimasiyaya yerləşdirilib - 10 Dekabr 2017, 10:33
“Eurovision-2017”-nin qalibinə ürək köçürüldü - 10 Dekabr 2017, 10:19
London polisi Heydar Paşazadənin şərab mağazasını bağladı - 09 Dekabr 2017, 22:49
“Tramp dodaqlarımdan öpmək istədi” - Məşhur aparıcı sirri açdı - 09 Dekabr 2017, 22:23
Azadlıq prospektində tıxaca səbəb olan 2800-dən çox sürücü cərimələnib - FOTO - 09 Dekabr 2017, 21:58
Şəkidə toydan gələn hərbçilər yol qəzasına düşüb: Ölənlər var - 09 Dekabr 2017, 21:37
"Hər yerim orijinaldır" deyən Hadisənin yalanı üzə çıxdı - 09 Dekabr 2017, 21:15
Qurban Qurbanov mükafatına qovuşdu - Fotolar - 09 Dekabr 2017, 20:49
Natavanla Dado barışıb? - 09 Dekabr 2017, 20:19
Bakıda tikilməkdə olan bina uçub - FOTO - 09 Dekabr 2017, 20:06
“Bakı Metropoliteni”ndə ixtisarlar başladı - İşçilər etiraz edir - 09 Dekabr 2017, 19:51
"Gənclik Mall"un icraçı direktoru ziyarətçiləri hədələdi - FOTOLAR - 09 Dekabr 2017, 18:13
Aygünün ərə getdiyi şəxsin kimliyi açıqlandı: 150 minlik orkestr gəlir - 09 Dekabr 2017, 14:49
İlhamə Quliyevanın oğlunun həbsi təsdiqləndi - RƏSMİ - 09 Dekabr 2017, 12:35
Prezidentin icra başçılarına verdiyi vaxt bitir - Kimlər vəzifədən gedəcək? - 09 Dekabr 2017, 12:32
Bakıda özünü binadan atan qız tələbə imiş - FOTO - 09 Dekabr 2017, 11:26
“Buta Airways”-dən şikayətlər çoxalır — Şirkətdən unikal cavab - 09 Dekabr 2017, 11:14
İlhamə Quliyevanın gəlini ərinin həbs xəbərindən danışdı - 09 Dekabr 2017, 11:07
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10