02:35 Cümə Axşamı, 15 Noyabr 2018
SOSİAL

Uşaqlara işgəncə verilən bağçanın adı bəlli oldu - AÇIQLAMA

14:46, 11.06.201815718
Uşaqlara işgəncə verilən bağçanın adı bəlli oldu - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Bakıdakı məşhur özəl bağçalardan birində uşaqlara qarşı kobud rəftar, təhqir və işgəncə faktlarının açıq-aşkar əks olunduğu video yayılıb. 

Azxeber.com-a göndərilən videogörüntülər müxtəlif günlərdə təhlükəsizlik kameraları tərəfindən lentə alınıb və hər gün uşaqlara qarşı kobudluq olub. 

Azxeber.com-un məlumatına görə, adı hallanan bağça özəl bağçadır və Yasamal rayonu ərazisində yerləşir. Özəl bağçanın adı isə "Kids Studio”dur. Uşaqlar qarşı kobud davranan şəxsin adı isə Firuzədir.

Məsələ ilə bağlı AZXEBER.COM adıçəkilən bağça ilə əlaqə saxlayıb. Bağçadan bildiriblər ki, həmin görüntü onların bağçasında olsa da, orada döyülmə faktı olmayıb: "Bu uşaq mənim öz uşağımdır və sadəcə tənbeh etmişəm. Xəbərdə qeyd olunduğu kimi hallar olmayıb".

// AZXEBER.COM
 
 

 


XƏBƏR LENTİ