20:24 Cümə, 15 Noyabr 2019
SAĞLAMLIQ

Uşaqlarına telefon verən valideynlərə pis xəbər: Bu xəstəliklər qaçılmazdır - VİDEO

13:59, 17.10.20196238
Uşaqlarına telefon verən valideynlərə pis xəbər: Bu xəstəliklər qaçılmazdır - VİDEO

Uşaqların telefondan asılı olması artıq epidemiya halını alıb.

Yəqin ki, çoxları uşaqların əlindən telefonun almağın necə çətin olduğunu bilir. Uşaqlar texnikaya çox tez alışırlar. Qadjet onların əllərində olduğu müddətcə uşaq ətrafında baş verənlərə biganə qalır və əhəmiyyət vermir. Onlarla dil tapmaq çətinləşir və real həyatla əlaqələri azalır.

Tanınmış pediatr Günay Rəsulova bununla bağlı həyəcan təbili çalışıb. Onun dediyinə görə, görmə və danışıq qabiliyyətinin inkişaf etməsi üçün 0-2 yaş arası uşağın əqli inkişafı çox əhəmiyyətlidir. 2 yaşına qədər uşaqlar valideynləri ilə daha çox ünsiyyətdə olmalıdırlar.


2 yaşdan çox uşaqlar isə ən çox 20 dəqiqə televizor izləyə bilər. Əks halda uşaqlarda görmə problemi yarana bilər.

Pediatr valideynlərə də müraciət edib. O bildirib ki, uşaqların telefonlarda nəyə baxdığı və hansı oyunları izlədiyinə də diqqət yetirmək lazımdır. Əks halda bu intiharlara və cinayətə gətirib çıxara bilər. 

Günay Rəsulovanın sosial şəbəkələrdə böyük maraqla qarşılanan videosunu təqdim edirik:

XƏBƏR LENTİ