08:05 Bazar Ertəsi, 27 Yanvar 2020
TOP4

SON DƏQİQƏ: Məşhur filmimizin "Zaur"u evində ölü tapıldı - TƏFƏRRÜAT

16:33, 13.12.20195611
SON DƏQİQƏ: Məşhur filmimizin
Tanınmış aktyor, "Uşaqlığın son gecəsi” filmində rol almış Atakişiyev Qorxmaz Ələkbər oğlu 79 yaşında vəfat edib.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat veriblər.

Aktyorun meyiti Nərimanov rayonunda yaşadığı mənzildə aşkar edilib. İlkin məlumatlara əsasən, Qorxmaz Atakişiyevin ölümü meyitinin tapılmasından üç gün əvvəl baş verib. Sənətçi tək-tənha və acınacaqlı vəziyyətdə yaşayıb.

Məlumata əsasən, Q.Atakişiyevin bir oğlu və qızı var, lakin övladlarının ataları ilə münasibətləri qaydasında olmayıb.

Xatırladaq ki, Qorxmaz Atakişiyev "Uşaqlığın son gecəsi” filmində Zaur obrazını canlandırıb.
 
///Oxu.Az
 


WordPress Hostinq
7.99 AZN -dən başlayan qiymətlərlə
• Pulsuz Domen
• Pulsuz SSL Sertifikat
• 20GB Disk Həcmi
• 1 Hesabdakı saytlar
• Limitsiz E-poçt
Daha ətraflı informasiya üçün: https://hostimul.com/az/hosting-azerbaycan/

XƏBƏR LENTİ