Vahid Mustafayevdən sükutu pozdu — "ANS yenidən fəaliyyət göstərəcək"

19 Sentyabr 2017, 20:22
AAA
 "Biz ANS olaraq yaranan gündən bağlanmağımızı gözləyirdik”

ANS telekanalının bağlanmasından bir ildən çox vaxt keçib. ANS-in bağlanması ilə bağlı Ali Məhkmə də yekun qərarını açıqlayıb. Lakin kanal rəhbərliyi hələ də ANS-in fəaliyyətinin bərpa olunacağına ümidlərini itirməyiblər.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev "Ölkə.Az”a verdiyi müsahibəsində bildirib.
 
Onun sözlərinə görə, bir gün müəmma pərdəsi götürüləcək və ANS yenidən fəaliyyətə başlayacaq.

"ANS-in bağlanması ilə millətin çoxu barışmır. Bizim çox böyük ümidlərimiz var ki, ANS yenidən fəaliyyətini bərpa edəcək. Bu kanal Azərbaycanın ayrılmaz parçası və tarixidir. ANS həmişə Azərbaycan xalqının yanında olub. Müəyyən baş verən hadisələri çıxmaq şərtilə, biz öz fəaliyyətimizi davam etdiririk. Xalqımıza və dövlətimizə qulluq edirik. "Mismarı mıx edən Allah var”. İnşallah ki, ANS-in açılmağını istəyən insanlar da öz istəklərinə çatacaqlar”, - deyə V.Mustafayev bildirib.
 
Qeyd edək ki, sosial şəbəkəlrədə bəziləri ANS kanalı yenidən fəaliyyətə başlasa da, artıq əvvəlki kimi dəqiq, obyektiv və qərəzsiz işləməyəcəyi barədə fikirlər yazırlar. Vahid Mustafayev həmin fikirlərin kökündən yalnış olduğunu deyir:

Mən belə sözlərin təbiətini anlamıram. Yəni biz fəaliyyət nöqteyi-nəzərindən bu günki digər kanallar kimi olsaydıq, yəqin ki, vəziyyətimiz belə olmazdı. İndiyə qədər də bağlı qalmazdıq. Fəaliyyətimiz Azərbaycan xalqına, dövlətinə qulluq olub. Həmişə bu amilə qulluq etmişik. Həmişə də bu aspektdə çalışacağıq. Düşünürəm ki, bu bir tarixi hadisədir”.
 
V.Mustafayev kanalın gələcək taleyilə yanaşı ANS-in bağlı qalan arxivinin də qaranlıq olduğunu deyir:
 
 
"Azərbaycanın müasir tarixinin video arxivi ANS-dədir.Biz onu 25 ildir qorumuşuq. İndi isə həmin arxivin də taleyi ANS-in taleyi kimi müəmmalı olaraq qalıb. İnşallah ANS-in taleyi həll olunan kimi, arxivin də taleyi həll olunar. Bugünkü vəziyyət bizdən asılı deyil. İmkanlarımız hazırda çərçivə daxilindədir və həmin çərçivədən çıxa bilmirik. Hazırda arxiv doğurdan da acınacaqlı vəziyyətdədir. Bütün yayı kondisionersiz, havalandırma sistemi olmadan keçdi. Hətta imkanımız olmadı ki, arxivin vəziyyətinə baxaq. Biz ANS olaraq yaranan gündən bağlanmağımızı gözləyirdik. Yaranan gündən, gözləyirik ki, bizi nə zaman bağlayacaqlar. Müxtəlif dövrlərdə, müxtəlif qurumlarla işləmişik. Həmişə bilmişik ki, hansısa qüvvələr bizə qarşı kin bəsləyir. Çalışmışıq həmişə obyektiv olaq və qərəzsizliyimizi saxlayaq. Bu səbəbdən də, həmişə arxivin bağlı qalma ehtimalını nəzərə alaraq. Onun zərər görməməsi üçün müəyyən tədbirlər görmüşük. Ümid edirik ki, gördüyümüz bu tədbirlər nəticəsiz olmayacaq”.
 
Azərbaycan kanallarında Qarabağ mövzusunda verlişlərin yayımlanmaması məsələsinə gəlincə, Vahid Mustafayev bunu həmin şirkət rəhbərlərinin bu sahədə az məlumatlı olması ilə əlaqələndirdi:
 
"Söhbət məhz Qarabağdan və bizim müharibəmizdən gedirsə, ola bilsin ki, bu insanlar həmin hadisələrdə iştirak etməyiblər. Ümumiyyətlə onların bu hadisələrdən xəbəri yoxdur. Ola bilər ki, xəbərsiz olduqlarından, müharibədə dost-qardaşlarını itirmədiklərindən, bu mövzuya laqeyid yanaşırlar. Çox təəssüf olsun”.
 
Bu məsələdə biznes maraqlarına gəlincə, V.Mustafayev həmin verilişlərin tamaşaçılar tərəfindən baxılmaması fikirlərinin səhv olduğunu düşünür:

"Düşünmürəm ki, vətənpərvər verilişlərə Azərbaycan xalqı baxmır. Sözsüz ki, baxır. Sadəcə olaraq bu onların istiqamətidir. Bu bir yoldur ki, onun yolçusu olasan. Məsələn ciyəri yanıb, su içmək istəyən adam heç vaxt "Coca-Cola” içməz. Çünki bu onu daha çox yandıracaq. Bizim üçün Qarabağ və vətənpərvərlik mövzusu daha asan idi. Çünki özümüz müharibədən çıxmışıq. Həm də, bu bizim üçün çox vacib idi. Ona görə ki, gecə də yuxularımızda yanımızda güllədən yıxılıb ölənləri, şəhidlərimizi görürük. Yaralıları görürük. Biz özümüz həmin döyüşlərdə yaralar almışıq. Həmin odun içindən çıxmışıq. Çox təəssüf olsun ki, hazırda vacib mediada olan insanların çoxu bu mövzudan xəbəri yoxdur. ANS kanalının da olmadığı bir dövrdə təhlükə var ki, bu mövzu yavaş-yavaş unudulsun. Biz İrəvan xanlığını, Zəngəzuru itirdik. Belə davam etsə, ANS kimi kanal, bu müharibəni görən və torpaqlarımızın uğrunda vuruşan adamlardan ibarət hansısa media qurumu olmasa, böyük bir ehtimalla illərlə yavaş-yavaş Qarabağ da mövzu olaraq gündəmdən çıxa bilər”.
 
V.Mustafayev son olaraq əlavə edib ki, nə qədər mətbuatdadır Qarabağ mövzusunu daim işıqlandıracaq:
 
"Mən nə qədər sağam, qoymaram ki, Qarabağ mövzu olaraq gündəmdən silinsin. ANS kanalı olmasa da, biz varıq. Əllərimiz işləyir, ürəyimiz döyünür. Düşmənlə də hər an vuruşmağa hazırıq. Televiziya olmasın, başqa bir şey olsun. Qarabağ və torpaqlarımızın geri qaytarılması mövzusunu daim işləyəcəyik. Bu televiziya, yaxud radio ilə olacaq, dəqiq deyə bilmərəm. Əsas odur ki, televiziyanı, radionu tutan əllər olsun, döyünən isti ürəklər olsun. Bu bizdə var”.

Oxunma sayı : 817

SON XƏBƏRLƏR
Bakıda 70 "avtoş" saxlanıldı - 19 Oktyabr 2017, 19:53
Amerikalı həmsədrdən Qarabağ bəyanatı - 19 Oktyabr 2017, 19:51
FETÖ-nün Azərbaycandakı "boz kardinalı" həbs edildi - 19 Oktyabr 2017, 19:50
Qadın sanıb evə apardı: soyunanda həyatının şokunu yaşadı - FOTO - 19 Oktyabr 2017, 19:49
Ən yaxşı 11-lik: Rəşad Sadıqov Messi ilə eyni siyahıda - 19 Oktyabr 2017, 19:47
Nazir Azad Rəhimov: "Qarabağ" hakim səhvi ilə bağlı UEFA-ya şikayət edəcək" - 19 Oktyabr 2017, 19:46
Azərbaycan Prezidenti Türkiyədə səfərdədir726667 - 19 Oktyabr 2017, 19:43
Nişanlısı zənginə cavab verməyincə evlərinə getdi: gördüyündən şok oldu - FOTO - 19 Oktyabr 2017, 19:41
Dollar sabah neçəyə olacaq? - RƏSMİ MƏZƏNNƏ - 19 Oktyabr 2017, 18:37
11-ci sinfi şagirdinin ölümünə səbəb olan "zavuç"a - 500 manat cərimə - 19 Oktyabr 2017, 17:44
"Biz öz gücümüzə arxalanmalıyıq" - Əli Həsənov - 19 Oktyabr 2017, 17:33
"Sənin Elşad Xose qədər ağlın olsaydı, bu sözü deməzdin" - Oksana keçmiş ərini müdafiə etdi - 19 Oktyabr 2017, 17:30
Rəşad Sadıqov Messi ilə eyni siyahıda - Ən yaxşı 11-lik - 19 Oktyabr 2017, 17:19
Prezident Xanbala Orucov haqqında sərəncam imzaladı - 19 Oktyabr 2017, 17:09
Çavuşoğludan Azərbaycana qarşı qəbul olunan sənədlə bağlı AÇIQLAMA - 19 Oktyabr 2017, 16:59
DYP açıqladı: Maşında söhbət etsəz, cərimələnəcəksiz - 19 Oktyabr 2017, 16:59
İTV-də maliyyə pozuntuları aşkarlandı - RƏSMİ - 19 Oktyabr 2017, 16:37
"Azəristiliktəchizat"a qarşı maliyyə sanksiyası tətbiq olunacaq - 19 Oktyabr 2017, 16:31
"Biz özümüzü gec-tez göstərməliydik" - Şehiç - 19 Oktyabr 2017, 16:20
4 noyabrın sirri açıldı - 19 Oktyabr 2017, 16:16
"Qanun nəşriyyatı" Gömrük İdarəsini məhkəməyə verdi - 19 Oktyabr 2017, 16:09
Nazir müavini nazirlə quda oldu - 19 Oktyabr 2017, 15:57
"Ndlovunun epizodunda penalti yox idi" - İspaniyalı məşhur hakim - 19 Oktyabr 2017, 15:48
Fəhlə arvadının iki kişi ilə görüntülərini çəkdi - Bakıda şok - 19 Oktyabr 2017, 15:34
"Qalatasaray" - "Fənərbaxça" derbisinin hakimi bəlli oldu - 19 Oktyabr 2017, 15:24
Tibb bacısı olan ana işdə 7 yaşlı oğlunun cəsədi ilə qarşılaşdı...- Salyanda faciə - 19 Oktyabr 2017, 15:00
Heydər Əsədov aqrar sektoru necə batırır - Dövlətin göyə sovrulan milyonları (RƏQƏMLƏR) - 19 Oktyabr 2017, 14:59
“Qarabağ”ın UEFA-da reytinqi açıqlandı - 19 Oktyabr 2017, 14:47
Tacir sevgilisi olmuş Fədayə Laçın haqqında: "Onun kimi kimsə ola bilməz" - 19 Oktyabr 2017, 14:32
Xəzərdə zəlzələ oldu - 19 Oktyabr 2017, 14:17
Müəllim "D" hərfini yaza bilməyən 1-ci sinif şagirdini şillələdi - VİDEO - 19 Oktyabr 2017, 13:59
"Məktəb illərində mənə qoçu deyirdilər" - Elza Seyidcahan - 19 Oktyabr 2017, 13:49
Mingəçevirdə kütləvi dava: 22 yaşlı gənc ağır yaralandı - 19 Oktyabr 2017, 13:36
Olimpiya çempionu: Fürsət tapan kimi məni zorlayırdılar - 19 Oktyabr 2017, 13:21
Novxanıda iranlı tələbəni öldürənlər daha bir evə basqın etdilər - 19 Oktyabr 2017, 13:02
Ağdam rayon İcra Hakimiyyətinin başçısı məhkəməyə çağırıldı - 19 Oktyabr 2017, 13:00
""Maşın-şou"da qanun pozuntusu yoxdur” - MTRŞ sədri - 19 Oktyabr 2017, 12:45
Həbs ediləcəyi deyilən Şəmsəddin Hacıyev danışdı - “Əgər fakt təsdiq edilərsə…” - 19 Oktyabr 2017, 12:40
Nazirdən qriplə bağlı ƏMR - 19 Oktyabr 2017, 12:17
"Qarabağ"ın matçında hakimin şübhəli qərarı zamanı stadionda müəmmalı olay - FOTO - 19 Oktyabr 2017, 12:03
Sevgilisi ilə qaçmaq istəyən qız öldü - 19 Oktyabr 2017, 11:53
"Könül Kərimovaya qanunsuz torpaq verilib" - Dövlət Komitəsi - 19 Oktyabr 2017, 11:51
Müsavatın yürüşünə icazə verilmədi - RƏSMİ - 19 Oktyabr 2017, 11:49
«Geostorm» - IMAX-da ekslüziv press-nümayiş baş tutdu - 19 Oktyabr 2017, 11:47
“Komandamızı sıxışdırdılar” — Prezidentin köməkçisindən Qarabağın oyunu haqqında ŞƏRH - 19 Oktyabr 2017, 11:45
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10