00:20 Bazar Ertəsi, 16 Sentyabr 2019
Maqazin

Vəfa Şərifova: "Ayda 25 toyum olsa da, ər çörəyi daha şirindir" - VİDEOMÜSAHİBƏ

16:27, 06.09.201912231
Vəfa Şərifova:

Son zamanlar sosial şəbəkələrdə ifaları ilə trenddə yer alan gənc müğənni Vəfa Şərifova AZXEBER.COM-a geniş müsahibə verib. 


Həmin müsahibəni təqdim edirik:


- "Youtube”nin trendində olan məşhurlardan birisiz. Bəzi həmkarlarınız trendə qeyri-ciddi yanaşır və bunun yalan olduğunu deyir. Bu haqda nə düşünürsüz?

- Trendə düşə bilməyən məşhurlarımız trendi yalan adlandırır. Trenddə pulla düşmək olmur. Əgər pulla olsaydı, bizdən daha çox pulu olan, uzun illərdi bu sahədə olan müğənnilər var ki, onlar düşərdi. Bunu deyən adamlar "youtube”də mahnılar uğur qazanmayan insanlardı.

- "Youtube"də baxış sayına görə qazanc əldə edilir. Bəs siz nə qədər qazanırsız?

- Mən şəxsi kanalımı yeni açmışam az gəlir əldə olunur. Ancaq hazırda 4-5 min dollar civarında dəyişir.

- Belə bir fikir var, əvvəl məşhur olmaq üçün efirlər və radiolar önəm daşıyırdısa, indi sosial şəbəkələr daha çox önəm daşıyır. Bu fikirlə razısız?

- Mən 7-8 aydır ki, efirlərə çıxmıram. Bir az işlərim var idi, həm də yay idi. Amma bunabaxmayaraq ayın 25 günü toylardayam. Bunun efir ilə əlaqəsi yoxdur. Hazırda youtube və instagramda efirlərdən daha çox reytinqlidir.

- Adınız həmkarınız Şəbnəm Tovuzlu ilə qalmaqal yaşadız. İndi aranız necədir?

- Xasiyyətcə sakit insanam. Amma bir anda özümdən çıxa bilirəm, o an özümü cilovlaya bilmirəm. Bu da yəqin ki, gəncliklə bağlıdır. Bir səhv etdim. Məni tanıyanlar bildi ki, çox peşman oldum. Üz-üzə danışa biləcəyim sözü efirdən dedim. Mənə yaraşmayan hərəkət idi. Çalışacam bundan sonra olmasın. O vaxtdan bəri həmin xanımla bir araya gəlməmişəm, gəlsəm normal bir şəkildə salamlaşaram.

- Müsahibədə bildirmisiz ki, həyat yoldaşınız qısqancdır. Kişi məclislərinə qatılmağınıza qadağa qoyub...

- Mənim elə bir dönəmim olub ki, çox az məbləğ qarşılığında toya getmişəm. O zamanlar pula çox ehtiyacım var idi. Buna rəğmən yenə də mən kişi məclislərinə getmirdim.Elə məclislərdə özümü rahat hiss etmirəm. Xanımlar olanda girib özümdə oynayıb, əylənirəm. Ancaq kişi məclisinə getmərəm, həyat yoldaşım da da buna heç vaxt razı olmaz.

- Həyat yoldaşınız çox qısqancdır?

- Hər bir müsəlman kişisində qısqanclıq olur. Əlbəttə ki, bu qısqanclıq sevgidən yaranır. Qısqanclıqla yanaşı həyat yoldaşımın mənə qarşı güvəni var. Amma mən onun kimi qısqanc deyiləm.

- Kənardan çox pozitiv insan təsiri bağışlayırsız...


- Mən ağlamağı sevmirəm. İstəmirəm ki, ətrafımdakılara neqativ enerji verim. Hər kəs məni şən biri kimi tanıyır. İstənilən dərd, qəm məni sarsıtmır. Problemim də olanda 1-2 saat keyfsiz oluram. Sonra deyib, gülüb əylənirəm. Həyatdı, dərd də insan üçün yaranıb. İnsanın dərdi nə qədər çox olarsa, o qədər də dözümlü olur. Hər zaman Allahın verdiyi hər bir şeyə şükür etmişəm.

- Uşaq ikən valideynlərinizi itirmisiz. 

- Mən 8 aylıq olanda anamı itirmişəm. Deyə bilərm ki, anamı heç görməmişəm. Nənə baba himayəsində böyümüşəm. Onun yoxluğunu çox da hiss etməmişəm, çünki analıq hissini anlamamışam. Ana qohumlarım məni sevgi və qayğı ilə böyüdüblər. Amma nənəm dünyasını dəyişəndə mənə çox pis təsir etdi. Valideyimi itirdiyimi o zaman hiss etdim. Bu haqda danışmaq mənim ən həssasın nöqtəmdir.

- Ananızı tez itirdiyindən ana nəvazişini görməmisiz. İndi bu qədər işlərinizin arasında övladınıza o nəvazişi göstərə bilirsiz?


- Deyim ki, övladıma çox vaxt ayırıram, yalan olar. Amma bacardığım qədər boş vaxtım olan kimi ona zaman ayırıram. Övlad sevgisi bambaşqadır. Hissiyatı olan hər bir qadın ana sevgisini göstərə bilər.

- İnsan üçün valideyn itkisi çox həssasdır. Nə qədər deyib gülsə də, elə bir an olur ki, onun yoxluğun hiss edir...

- Uşaq vaxtı elə anlar çox olurdu. Tez- tez darıxıb, ağlayırdım. Dərsdə valideyn mövzusu olanda, mən dərsə girmirdim. Uşaq vaxtı ana adı çəkilən kimi gözlərim dolurdu. İndi özüm də anayam, Allaha şükür ki, gözəl ailəm var.”

- Ananızda çox danışırsız amma nədənsə atanızdan danışmaq istəmirsiz...

- İnsan həmişə anadan yetim qalır. Hər zaman gözü anasını axtarır, onun qayğısını axtarırsan. Atam haqqımda isə ümumiyyətlə danışmaq istəmirəm.

Ananız vəfat etdikdən sonra atanızda ailədən uzaqlaşıb. Anam dünyasını dəyişənə kimi atam bizimlə bərabər olub. Əslində, atam uzaqlaşmayıb. Nənəm və babam mənə yaxşı baxa biləcəyinə görə onlarla qalmışam.

- Bəs qardaşınız müğənni olmağınızı necə qarşıladı?

- Təzə sənətə başlayanda qardaşım buna qarşı idi. Deyirdi ki, bu nə işdi bunlar sənə lazımdı? İndi artıq qəbul edir. Hərdən görürəm ki, qardaşım mahnılarıma qulaq asır, özüm də şoka düşürəm (gülür)


- Məşhur olduqdan sonra atanızın qohumları sizi axtarıb, tapdı?

- Olub, təzə əmilər, bibilər çıxır (gülür). Uşaq vaxtı deyirdilər mənə gülməli gəlirdi, indi görürəm ki, həqiqətən olur. İş nömrəmə yığıb deyirlər ki, qohumunam. Qohum sevən insanam. Kim ki, qohumu pisləyirsə, deməli o özü pisdir. Qapım hər zaman onlara açıqdır.

- Bəs yeni qohumlara münasibətiniz necə olur?


- Hamı ilə aram yaxşıdır. Maraqlanıb bilirəm ki, o mənim qohumdu yoxsa yox. Görüşüb ona əl də tuturam, bu mənim borcumdur. Nənəm məni necə böyüdübsə, elə də qalmaq istəyərəm. Yəni, keçmişi dilə gətirmək istəmirəm. Əlbəttə ki, xalalarıma, dayılarıma olan sevgim bibilərimə və əmilərə qədər olmayacaq.

- Bəzi məşhurlar həyat yoldaşları ilə gündəmə gəlirlər. Amma siz də əksinədir, onunla bağlı danışmaq istəmirsiz. Niyə?

- Mən sənətə təzə gələndə dedilər bəlkə görünüşənə görə tanınarsan. O söz mənə çox pis təsir etdi. Bəyəm mən modeləm? Bu gün mənim mahnılarım daha çox sevilir. Efirlərə də ona görə az çıxıram ki, səsim tanınsın. Mənim səsim varsa, niyə həyat yoldaşımla gündəmə gəlməliyəm? Əgər səsim olmasaydı, çəkilib kənarda oturardım. Müğənni ailəsi ilə gündəmə gəlməməlidir. Bu məncə düzgün yol deyil.


- Həyat yoldaşınız sizə maddi dəstək olur?


- Əlbəttə, o hər zaman mənə dəstək olur. Ana olmağa hazırlaşdığım müddətdə məni indidən gözəl yaşadırdı. Yenə də dəstək olur. Nə qədər toyum çox olsa da, ayda 25 toyum olsa da "Ər çörəyi daha şirindir” Ona görə hər zaman onun dəstəyinə ehtiyacım var.

Nazim Qasımzadə
AZXEBER.COM



XƏBƏR LENTİ