01:20 Bazar Ertəsi, 20 May 2019
GƏNCLİK

“Vətənimizi sevək “ adlı layihə keçirildi

15:18, 18.02.2019151
“Vətənimizi sevək “ adlı layihə keçirildi
21 yanvar, 25 fevral və 26 fevral tarixlərində Gənclər Fondunun maliyyə dəstəyi və Xəzər Gənclər evinin təşkilatçılığı ilə "Vətənimizi sevək " adlı layihə keçirildi.
 
AZXEBER.COM xəbər verir ki, layihə çərçivəsində yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün "Vətəni, torpağı müdafiə etmək hər bir gənc üçün müqəddəs olmalıdır” mövzusunda region gəncləri arasında maarifçilik fəaliyyətinin genişləndirilməsi məqsədi ilə təlimlər təşkil olunub.
 
Təlimdə 50 nəfər gənc iştirak etmişdir. Təlimlərdə qonaq qismində 20 Yanvar faciəsi zamanı fotoqraf kimi 19 Yanvar tarixindən 23 yanvar tarixinə qədər fasiləsiz fəaliyyət göstərən fotoqraf Tahir Cəfərov, tarix üzrə fəlsəfə doktoru, professor və "Xocalı” kitabının müəllifi Boran Əziz çıxış edib.
 
Keçirilən tədbirlərdə iştirak edən gənclər 26 fevral Xocalı soyqırımının anım günündə vətənə sevgisini öz cıxışları ilə nümayiş etdilər. Sonda gənclər sertifikatla təltif olunublar.
XƏBƏR LENTİ