Vidadi Zeynalovun səhhəti pisləşib

27 May 2016, 11:18
AAA
Vəkil Ceyhun Yusifov Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalovla görüşüb.
AZXEBER.COM bildirir ki, bu barədə report-a C.Yusifov məlumat verib.
Onun sözlərinə görə, hüquqlarını müdafiə etdiyi şəxsin səhhəti qənaətbəxş deyil: "Vidadi Zeynalov səhhətindəki problemlə əlaqədar olaraq, görüş otağına gələrkən çox əziyyət çəkdi. O, həbs edilməmişdən əvvəl diz qapağından əməliyyat olunub. Həmçinin, onun belində ağır dərəcəli onurğa yırtığı (qrıja) və sinir ağrıları var. Buna görə də Vidadi Zeynalov otura bilmir. O, ya yataqda uzanmalı, ya da ayaq üstə dayanmalıdır. Bu da ona çətinliklər yaradır. Vidadi Zeynalov mənə şiddətli ağrılarının olduğunu, buna görə gecələr yata bilmədiyini dedi".
Vəkil bildirib ki, V.Zeynalov xüsusi avadanlıqların olduğu tibb müəssisəsində müayinə olunmasını istəyir.
Qeyd edək ki, 2015-ci ilin noyabr ayının 13-də Baş Prokurorluğun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib. Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddəsi ilə ittiham olunan V.Zeynalov barəsində Binəqədi Rayon Məhkəməsində 3 ay müddətinə həbs qəti imkan tədbiri seçilib.

Oxunma sayı : 806

Loading...
SON XƏBƏRLƏR
YPX qəzaya səbəb olub: Ölən və ağır yaralanan var - 28 May 2017, 18:11
Mehriban Əliyeva qızları ilə bayram tədbirində - Fotolar - 28 May 2017, 16:32
Azərbaycanlı milyaderdən məşhur modelə təklif - 500 min... - 28 May 2017, 14:21
Azərbaycanda 4 nəfərin ölümünə səbəb olan sürücü azadlığa çıxdı - 28 May 2017, 13:20
Azərbaycanda ana ola bilməyən qadının DƏHŞƏTLİ SONU - 28 May 2017, 13:01
Azərbaycanda bu verilişlərdə reklamın verilməsi qadağan edilir - 28 May 2017, 12:53
Sabah hava belə olacaq - 28 May 2017, 12:16
Şəmkirdə partlayış: yaralanan var - 28 May 2017, 11:46
Məktəbdə qətlə yetirilən Kənan "Son zəng"ə hazırlaşırmış... - 28 May 2017, 11:28
Cəbhədə gərginlik: erməni silahlıları minaatanlarla rayonlarımızı atəşə tutudular - 28 May 2017, 11:18
Azərbaycan Xalq Cümhuriyyəti 99 yaşında - 28 May 2017, 11:17
ADU-da tələbə qızın cəsarətli çıxışı rektoru özündən çıxartdı: "Sözünü geri götür" (VİDEO) - 28 May 2017, 03:14
Ankarada Qarabağ parkının açılışı olub - 27 May 2017, 22:42
Ərə gedən xalq artisti toydan sonra ilk dəfə - FOTOLAR - 27 May 2017, 16:13
Bakıda gecə klubunda DAVA - 27 May 2017, 14:20
Azərbaycana məxsus helikopter qəza enişi etdi - 27 May 2017, 14:15
Gözəl Bayramlı Bakı İstintaq Təcridxanasına köçürülüb - 27 May 2017, 14:04
Tovuzda 17 yaşlı qız valideynlərinə görə intihara cəhd etdi - 27 May 2017, 14:00
Kişi biryaşlı oğlunu vurub öldürdü - 27 May 2017, 13:49
Ağəlinin 12 yaşındakı sərgüzəştləri: həmin "Porsche", "paçka-paçka" pullar və... - Fotolar - 27 May 2017, 13:29
Bu da özünə milyonluq toy edən Xəyyamın özündən 16 yaş kiçik xanımı Nərmin - VİDEO - 27 May 2017, 12:49
Bakıda hotelin şüşəsini təmizləyən iki işçi 7-ci mərtəbədən yıxılıb - 27 May 2017, 12:40
Mədət Quliyev Aygün Kazımovaya DTX-da vəzifə verdi - 27 May 2017, 12:33
Bakıda avtoqəza: Qadın yaralandı – FOTO - 27 May 2017, 12:06
DTX rəisindən təcridxanalardakı ölüm hallarına - Reaksiya - 27 May 2017, 10:07
Mədət Quliyev tutulan hərbçi casuslardan danışdı - 27 May 2017, 09:59
Günaydan oğluna maraqlı hədiyyə - FOTO - 26 May 2017, 23:16
Qızından Rəqsanəyə: "Sən başqa qollardasan, mən başqa qollarda..." - 26 May 2017, 22:43
Mark ilk sosial şəbəkəsini 10 yaşında yaradıbmış - 26 May 2017, 22:23
"Birinci xanım"ların arasında yeganə kişi - baş nazirin arvadı - 26 May 2017, 21:10
Türkiyədə qədim türbəni satmaq istəyən 12 nəfər tutuldu - 26 May 2017, 20:38
Fatimə uşaqların sevincinə səbəb oldu - FOTO - 26 May 2017, 19:57
"Təhsil sistemində heç bir ixtisar yoxdur" - RƏSMİ AÇIQLAMA - 26 May 2017, 19:33
Saxta pul əsginasları satan şəxs saxlanıldı - VİDEO - FOTO - 26 May 2017, 19:06
Vüsal Quliyev: "Gənclərin sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün hər cür şərait yaradılıb" - 26 May 2017, 18:22
Məşhurlar podiuma öz heyvanları ilə birlikdə çıxdılar - FOTOLAR - 26 May 2017, 18:20
Damlaya ağır itki “ O insanın ölümün pis qəbul edirəm” - FOTOLAR - 26 May 2017, 17:48
Ağıq xəstəlikdən əziyyət çəkən xalq artisinin yeni - Fotosu - 26 May 2017, 17:47
“Nar” abunəçiləri arasında keçirilən lotereya qaliblərinə mükafatlar təqdim edildi - 26 May 2017, 17:46
"Başına balta ilə vurdum, gördüm barmağı kəsilib yerə düşüb" - Qan donduran ifadələr - 26 May 2017, 17:42
"Sizinlə fəal tərəfdaşımız kimi işləməyi səbirsizliklə gözləyirəm" - Trampdan İlham Əliyevə məktub - 26 May 2017, 17:21
Azərbaycanın ən yaşlı seçicisi - "O, 3 əsrdə yaşayıb" - 26 May 2017, 17:20
Dolların mayın 30-a olan məzənnəsi - 26 May 2017, 17:11
Beynəlxalq Bankdan reytinqin düşməsi ilə bağlı AÇIQLAMA - 26 May 2017, 16:53
Məleykə Abbaszadədən 700 bal toplamış abituriyentlərə - Xəbərdarlıq - 26 May 2017, 16:38
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: azxeber@mail.ru
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10