04:03 çərşənbə, 24 Iyul 2019
Maqazin

“Viner gedib, öz işi ilə məşğul olsun, mahnı oxumaq nədir?

16:36, 14.06.20193201
“Viner gedib, öz işi ilə məşğul olsun, mahnı oxumaq nədir?
"Prezidentimiz tərəfindən mənə verilən ad hər şeydən önəmlidir. Bu ad mənim üçün trendən daha önəmlidir. Trend bu gün var sabah yoxdur. Yeni çıxan müğənnilərin mahnılarını dinləmirəm və onlara heç bir məsləhət vermirəm. Çünki məsləhət verəndə də qulaq asmırlar. Başımı elə şeylərə görə ağrıtmıram”.
 
Bu sözləri əməkdar artist VAsif Məhərrəmli AZXEBER.COM-a açıqlamasında deyib.
 
O mahnı oxuyan viner-ləri də tənqid edib:
 
"Vinerin nə olduğunu mən heç bilmirəm. Viner gedib öz işi ilə məşğul olsun. Mahnını müğənni oxuyar.

Əməkdar artist sosial şəbəkələrdən düzgün istifadə etdiyini də deyib:
"Sosial şəbəkələrdən düzgün istifadə edirəm. Bəziləri kimi tualetdən şəkil çəkib paylaşası deyiləm. Dostlarıma hardasa olanda normal sivil qaydada çay süfrəsini paylaşa bilərəm”.
 
Nazim Qasımzadə
XƏBƏR LENTİ