05:11 çərşənbə Axşamı, 25 Sentyabr 2018
SİYASƏT

Volodin Azərbaycana rəsmi səfərə gəlir

11:33, 24.06.20186274
Volodin Azərbaycana rəsmi səfərə gəlir

Bu gün Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin rəhbərlik etdiyi parlament nümayəndə heyəti Azərbaycana rəsmi səfər edəcək.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Dövlət Dumasının mətbuat xidməti məlumat yayıb.

İki gün nəzərdə tutulan səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və Milli Məclis sədri Oqtay Əsədovla görüş keçiriləcək. Görüşlərdə iki ölkə arasında qarşılıqlı faydalı münasibətlərin inkişaf etdirilməsi, iqtisadi-ticari əməkdaşlıq sahəsindəki məsələlərin həlli, qanunvericiliklərin uyğunlaşdırılması müzakirə olunacaq. Eyni zamanda ikitərəfli parlamentlərarası əlaqələrin inkişafı və beynəlxalq təşkilatlarda birgə fəaliyyət məsələsi diqqət mərkəzində olacaq.


XƏBƏR LENTİ