06:44 Cümə, 15 Dekabr 2017
SOSİAL

Vüqar Qaradağlı işdən niyə çıxarıldı? — MTRŞ-dan açıqlama

21:53, 26.09.20175202
Vüqar Qaradağlı işdən niyə çıxarıldı? — MTRŞ-dan açıqlama
"Azad Azərbaycan” Teleradio Yayım Şirkətinin rəhbərliyinin dəyişdirilməsi təsisçilər tərəfindən qəbul olunmuş qərardır.
 

AZXEBER.COM xəbər verir ki, bunu olke.az-a Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov bildirib.
 
MTRŞ rəsmisi deyib ki, bu məsələdə başqa səbəb axtarmaq lazım deyil: ""Televiziya və radio yayımı" haqqında qanunun 2-ci maddəsinə əsasən, telekanal rəhbərliyinin dəyişdiriliməsi telekanalın təsisçilərinin səlahiyyətindədir. Təsisçilər istədikləri vaxt rəhbəri dəyişdirə bilərlər. Burada qeyri-adi heçnə yoxdur”.
 
Qeyd edək ki, bu gün Vüqar Qaradağlı ATV-nin rəhbəri vəzifəsindən uzaqlaşdırılıb və onun yerinə CBC telekanalının direktoru Azər Xəlilov təyin olunub.
 
 olke.az
 
0
XƏBƏR LENTİ