16:30 çərşənbə, 26 Sentyabr 2018
Maqazin

Vüsalə: “Əxlaqsız, ikiüzlü və yaltaq...”

17:36, 23.10.201713095
Vüsalə: “Əxlaqsız, ikiüzlü və yaltaq...”

Aparıcı Vüsalə Kərimova "Maşın-şou”dakı iştirakından danışıb.

Musavat.com saytının suallarına cavab verən aparıcı şouda həm əylənib, həm də istirahət etdiyini deyib:

"Mənim istirahətə ehtiyacım yoxdur. Onsuz da şou çərçivəsində dincəldim. 12 gün ərzində bizə o qədər gözəl şərait yaradıldı ki, bütün yorğunluğum çıxdı. O qədər həssas yanaşırdılar ki, "əsəbim pozulub” deməyim haqsızlıq, günah olar. Neçə gün telefonsuz olmağım bütün əsəblərimi sakitləşdirdi, stressimi də azaltdı. "Maşın”dan uzaqlaşandan iş başındayam. Hər şey əladır.

- Siz Talıb Taleyə dəymədiniz. Onun sizi oyundan çıxarmasının haqsızlıq olduğunu düşünmürsünüz?

- Qarşı tərəf səni güclü rəqib görürsə, sənin bir gün öncə yarışıb, sms toplayıb, gücünü itirməyindən istifadə etməlidir. Onun səni oyundan uzaqlaşdıması normaldır. Bu bir taktikadır. Talıbı şəxsən tanımırdım. Ona iki dəfə toy göndərmişdim. Amma üzünü görməmişdim. Onu insan olaraq "Maşın” şouda tanıdım. Pis insan kimi tanımadım. Sadəcə oyun oynadı. Düşünmədi ki, Vüsalə mənim üçün mərdlik göstərdi, məni oyundan uzaqlaşdırmadı, mən də onu kənarlaşdırmayım. Talıb məni güclü qadın kimi görüb, oyundan göndərdi. Çünki finalda axıra kimi qala biləcək rəqibəm.

- Xoseni oyundan uzaqlaşdırdıqdan sonra Mehriban Xanlarovaya salam göndərdiniz. Onu sırf aktrisaya görə şoudan kənarlaşdırdınız, yoxsa başqa səbəbi vardı?

- Mən Xoseni oyundan çıxarmışam. Amma Oksana Rəsulova məni düşmən elan edib. "İnstagram”da məni "blok”a qoyub. Onun cılızlığına güldüm, bu qədər cılızsınız? Oksana bir neçə dəfə o şouda olub. Kimlərinsə arxasından təpik vurub, kimlərinsə sözünə qulaq asıb, üzünə gülüb oyunda saxlayıb. Onun neçə üzü olduğunu özü bilir. Bunları görə-görə etdiyi hərəkət gülünc və səviyyəsizdir. Oyundur. Kimsə kimisə oyundan uzaqlaşdıra bilər. Ona qalsa, orada Talıbdan başqa hamını tanıyırdım, Talıbın isə adını eşitmişdim. Onda heç kimə dəyməməliydim? Mən Günel Məhərrəmova ilə yarışanda Oksana Günelin fotosunu paylaşıb səs istəmişdi. Onda düşünməli idi ki, bu gün Elşad üçün də var. Başının altına yastıq qoyub nə etdiyini düşünsün. Mən Mehriban Xanlarovanı çox sevirəm, sənətinə böyük hörmətim var. Qəlbimdə başqa yeri var, mərd, çılğın qadındır. Oyundan sonra mehriban xanımla danışmamışam. Amma xəbər portallarında Mehriban xanımın müsahibəsi yayımlanıb, müsahibə vasitəsilə mənə təşəkkür edib. Mən Xoseni təşəkkür üçün uzaqlaşdırmamışam. Həm Oksananın hərəkətinə, həm də Mehriban Xanlarovaya görə onu oyundan uzaqlaşdırdım.

- Siz Xoseni uzaqlaşdırdıqdan sonra maşına yaxınlaşıb əlinizi avtomobilə qoyaraq, Xatunla görüşdünüz. Sonra əlinizi çəkdiniz. Bu nüans sosial şəbəkədə geniş müzakirə olundu ki, qayda pozmuşunuz. Xose də bu haqda rəsmi səhifəsində yazmışdı.

- Mən əlimi götürməmişdim. Kadrlarda bir əlim görünür. Mənim iki əlim maşının üstə idi. Xatunla görüşəndə bir əlim maşında idi. Kiminsə yalan məlumat yaymağı düzgün deyil. Mən əlimi götürsəydim, birinci iştirakçılar deyərdi. Çünki bu birinci onlara sərf edir. Bizi neçə kamera izləyirdi. 6-7 kamera çəkir, müxtəlif rakursdan lentə alınır. Mənim əlimin maşında olması kadrları var. Kiminsə yalan məlumat yaymağı doğru deyil.

- "Maşın-şou” sizə nə qazandırdı?

- "Maşın-şou” mənə çox şey qazandırdı. 21 ildir ki, televiziyadayam, bu illər ərzində qazanmadığımı qazandım. Bir daha insanları tanıdım, hansı məqamda bir insan hansı addımı ata bilər, bunu bildim. Özüm mükəmməlləşdim. Mən Murad Dadaşovu, o da məni tanıdı. Bu mənim üçün müvəffəqiyyətdir. Hər zaman öz sözümü demişəm, yaltaqlıq etməmişəm. Düşündüyümü deməkdən çəkinməmişəm. həyatda başım uca, alnım açıqdır. Elə səhvim yoxdur ki, üzümə vurulsun. Mən Murad Dadaşova təşəkkür edirəm, o mənim xarakterimi dəyərləndirdi. Bunu efirdə də dilə gətirdi. Bildirdi ki, mənim öz mövqeyim var.

Tamaşaçı sevgisi də itirmədim. Çünki məni sevmədiklərini gözəl bilirdim. Mən tamaşaçıların görmək istədiyi kimi ikiüzlü və yaltaq biri deyiləm. Əxlaqım sıfır deyil ki, mənə hansısa dəyəri versinlər. Bəzi tamaşaçılar qardaşlarının vaxt keçirib atdığı qadın aparıcıları müqəddəsləşdirirlər. Tamaşaçıdan sevgi və nifrət gözləmirəm. Mənim öz sevən tamaşaçılarım var. Onların sevgisini öz mərdliyimlə bir daha qazandım. Bu mənə yetər. sevənlərimin sayı az olsa da, onların qarşısında baş əyirəm. Öpürəm hamısını.

- Tamaşaçıların sizi sevmədiyini dediniz. Bu qənaətə sosial şəbəkədə yazılan şərhlərdən gəlmisiniz?

- "İnstagram”da mənə yazanların sayı çoxdur. Hələ ki, vaxt tapıb oxumamışam. Oxuduqlarımın hamısı dəstək mesajlarıdır. "İnstagram”da şərh bölümü bağlıdır. Insanların neqativ fikirləri ilə özümü kökləmək istəmirəm. Təhqir yazanlar öz həyat tərzlərinə uyğun yazırlar. Onlara ayıracaq vaxtım yoxdur.

- Hazırda dəstəklədiyiniz kimsə var?

- Orda olan hər kəsə kifayət qədər dəstək oldum. Münasibətləri necə olacaqsa, elə cavab verəcəyəm. Hazırda dəstək olacağım kimsə yoxdur.

XƏBƏR LENTİ