12:27 çərşənbə Axşamı, 24 Aprel 2018
MARAQLI

WhatsApp-dan hamının səbirsizliklə gözlədiyi yenilik

23:34, 16.04.2017844
WhatsApp-dan hamının səbirsizliklə gözlədiyi yenilik
Dünyada 1 milyarddan çox insanın istifadə etdiyi WhatsApp mesajlaşma platforması daha bir yeni xüsusiyyəti istifadəyə verir.
 
Smartfon istifadəçisi əksər insanların istifadə etdiyi platforma səhvən göndərilən mesajların ləğvini təqdim etdikdən sonra indi də mesajın tamamilə silinməsi yeniliyini edir.
 
AZXEBER.COM ölkə.az-a istinadən xəbər verir ki, WhatsApp-ın ilk əvvəl tətbiq etdiyi "göndərilən mesajı ləğv etmə” xüsusiyyəti səhvən göndərilmiş mesajın 5 dəqiqə ərzində ləğv edilməsini nəzərdə tuturdu.
 
Ancaq bu yenilik daha bir addım irəli aparılaraq istifadəçilərin səhvən göndərdiyi mesajları zaman məhdudiyyəti olmadan silə bilməsini təmin edəcək. Həmçinin mobil tətbiqlərdən başqa veb versiyada da işləyəcək bu xüsusiyyət göndərilən mesajların iki tərəfli silinməsinə icazə verəcək.
0
XƏBƏR LENTİ