22:06 Bazar Günü, 22 Aprel 2018
MARAQLI

“WhatsApp”a bu yeniliklər gələcək - Fotolar

20:50, 11.12.20171341
“WhatsApp”a bu yeniliklər gələcək - Fotolar
"WhatsApp” "Android” versiya üçün olan yeni funksiyaları test edir.
 
AZXEBER.COM Technote-yə istinadən xəbər verir ki, "Tap and hold to unblock” adlı yeni funksiya sayəsində istifadəçilər qara siyahıya salınmış şəxsin üzərinə klik edərək onu blokdan çıxara və ismarış göndərə bilərlər.
 
iOS-da olduğu kimi dəvətnamə linkləri funksiyası yaxın zamanda "Android”də də aktiv olacaq. Həmin funksiya sayəsində istifadəçiləri qrup çatlarına dəvət etmək olar.
 
"Shake to report” adlı yeni funksiya sayəsində istifadəçilər öz smartfonlarını silkələyərək "WhatsApp”ın dəstək servisi ilə əlaqə saxlayaraq tətbiqin hansısa problemi barəsində məlumat verə bilərlər.
 
Çat adminləri üçün olan yeni funksiyalar sayəsində onlar çatın iştirakçılarına ismarış göndərə, qrup çatının məlumatlarını redaktə və s. edə bilərlər.
 
Qeyd etmək lazımdır ki, bu funksiyalardan bəziləri tətbiqin beta versiyasında var. Lakin bu o demək deyil ki, onlar tətbiqin yenilənmiş versiyasına daxil olacaqlar.
0
XƏBƏR LENTİ