07:02 şənbə, 25 Yanvar 2020
SOSİAL

"WhatsApp"da pullu funksiya işə düşəcək

09:53, 09.12.20191641
"WhatsApp" mesenceri, tapşırıqlar yaratmağa və müvafiq xatırlatmaları almağa imkan verən yeni bir funksiya ilə təchiz olundu.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, "Any.do" xatırlatma xidməti ilə birlikdə yaradılan funksiyaya "WhatsApp xatırlatma" adlanır və mesencer quraşdırılmış bütün cihazlarda ödənişli abunə ilə əldə edilə bilər.

Tapşırıq yaratmaq üçün, xatırlatma vaxtını qeyd etməklə "Any.do" botuna müvafiq mesaj göndərilməlidi. Bundan əlavə, avtomatik olaraq tapşırıqlar yaratmaq üçün digər həmsöhbətlərdən alınan mesajlar yönləndirilə bilər.

Daha əvvəl "WhatsApp" tədqiqatçıları tərəfindən müəyyən bir müddətdən sonra istifadəçi mesajlarını avtomatik olaraq silən yeni bir funksiyanın sınaqdan keçiriləcəyi barədə məlumat verilmişdi.

WordPress Hostinq
7.99 AZN -dən başlayan qiymətlərlə
• Pulsuz Domen
• Pulsuz SSL Sertifikat
• 20GB Disk Həcmi
• 1 Hesabdakı saytlar
• Limitsiz E-poçt
Daha ətraflı informasiya üçün: https://hostimul.com/az/hosting-azerbaycan/

XƏBƏR LENTİ