21:47 şənbə, 26 May 2018
KRİMİNAL

Xalası ərini yumruqla öldürdü

21:49, 17.01.2018962
Xalası ərini yumruqla öldürdü
Abşeron rayonunun Saray qəsəbəsində qətl hadisəsi baş verib.
 
Qəsəbə sakini 55 yaşlı Muğan Salikov qohumu olan "Kürd Vüqar" ləqəbli şəxs tərəfindən döyülüb.
 
İctimai iaşə obyektinin kameralarına düşən görüntüdən bəlli olur ki, Vüqar xalasının həyat yoldaşı ilə görüşür, daha sonra isə onun baş nahiyəsinə zərbə vuraraq yerə yıxır.
 
Yaralı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının zədə məntəqəsinə çatdırılıb. Ancaq onun vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, Salikovun həyatını xilas etmək mümkün olmayıb.
 
Məlumata görə, Vüqar Hüseynov 2015-ci ilin iyun ayında Abşeron rayonunun Saray qəsəbəsində yaşayan qəsəbə bələdiyyəsinin sədri Vəsilə Əbdilhəsənova və onun həyat yoldaşı Vəfadar Əbdilhəsənovu evlərində qətlə yetirən Fəadail Hüseynovun qardaşıdır.
 
Faktla bağlı araşdırma aparılır.
 
olke.az
XƏBƏR LENTİ