xari

Xalq artisti: “Maaşla dolanıb vəziyyətdən çıxmağa çalışırıq”

MƏDƏNİYYƏT
15:05 22.12.2020
1424
Ölkədə epidemioloji vəziyyətlə əlaqədar bir çox iş yerlərinin bağlanması müğənnilərin maddi durumuna təsir edib.

AZXEER.COM xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Mənsum İbrahimov hər kəs kimi maddi vəziyyətinin yaxşı olmadığını deyib:

"Müharibəni bitirdik, indi koronavirus "müharibəmiz” davam edir. Virus artıb. Sağlamlıq çox önəmlidir, hamı öz sağlamlığının qayğısına qalmalıdır. Dövlət də buna görə lazımi addımları atır. Mən bu addımları çox təqdir edirəm. Maddi durum hər kəsdə necədirsə, məndə də elədir. Maaşla dolanıb vəziyyətdən çıxmağa çalışırıq”.

OXŞAR XƏBƏRLƏR