08:55 çərşənbə, 15 Avqust 2018
Maqazin

Xalq artisti: "Mən həyatımın Leylisini illər öncə tapmışam"

15:35, 12.02.2018835
Xalq artisti:
Yaratdığı "Məcnun” obrazı ilə milyonların sevimlisinə çevrilən xalq artisti Məmsum İbrahimov ilk dəfə şəxsi həyatından danışıb.
 
AZXEBER.COM-a açıqlama verən xalq artisti sevgisini dilə gətirib: "Həyatımda Leyli Məcnun sevgisi olub. Amma əsərdən fərqli olaraq həyatda sonluq müsbət olub və bu gün də sevdiyim şəxs mənim yanımdadır. Ağlım kəsəndən öz "Leyli”mi tapmışam. Sevgimizin bəhrəsi olan 4 övladımız var. Amma mən həyatımın Leylisini illər öncə tapmışam.
 
Xalq artisti övladlarının sənətə maraqlarının olmadığını da deyib: "Övladlarımın 4–ü də bu sənətdən uzaqdır. Övlad valideynə görə sənət seçməməlidir, mən onların seçiminə qarışmamışam”.
 
Nazim Qasımzadə 
XƏBƏR LENTİ