BAKU AZƏRBAYCAN
10°C
euro 1.8477
dollar 1.7000
rubl 0.0227
lirə 0.2508

Xalq artisti yenidən Türkiyədə xəstəxanaya yerləşdiriləcək

Xalq artisti yenidən Türkiyədə xəstəxanaya yerləşdiriləcək
MƏDƏNİYYƏT
15:42 20.02.2020
7790
Xalq artisti Yalçın Rzazadə yenidən Türkiyədə xəstəxanaya yerləşdiriləcək.

AZXEBER.COM lent.az-a istinadən xəbər verir ki, bu haqda müğənninin özü deyib. O bildirib ki, yenidən müayinə ediləcək:

"Artıq xeyli müddətdir müalicə olunuram. Əməliyyatım uğurla keçdi. Təsəvvür edin ki, səhərdən axşama qədər dərmanlar, sistemlər qəbul etdim. İynələr vuruldu, hələ davam edir. Gələn bazar günü yenidən Türkiyədəki xəstəxanaya yerləşdiriləcəm. Bütün bunlara və mənə göstərilən diqqətə görə, Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya təşəkkür edirəm. Ölən günümə qədər bu insanlara dua edəcəyəm. Allah onların canını sağ eləsin".

Qeyd edək ki, Yalçın Rzazadə bir müddət əvvəl mədəsində yaranan problemlərə bağlı Bakıda xəstəxanaya yerləşdirilmiş, sonra əməliyyat olunmaq üçün Türkiyəyə getmişdi. Bir aya yaxındır Azərbaycandadır.

OXŞAR XƏBƏRLƏR